Xəbərin yoxdu, tənhalığından

image

Foto: Nəriman Ismayilov

Hər kəs tənhadır.

Mənəvi baxımdan.

Tənhalıq həm alqışdır, həm qarğış…

Qarğışların içindən çıxan alqış, alqışların içindən çıxan qarğışdır tənhalıq.

Ətrafında nə qədər dostu, ailəsi, övladları, rəfiqəsi, sevdiyi insan belə olsa da, ev-iş rejiminə başını qatsa da, fiziki varlığın olması tənha olmamaq deyil. İnsan tənhadır.

Əgər demək istədiyimizi deyə biləcəyimiz adam yoxdursa…

Əgər gizlincə, tək qadlığımızda ağlayırıqsa…

Bu günümüzün dostu yadlaşır və ya rəqibə, düşmənə çevrilirsə…

Əgər baxdığın filmi, oxuduğun kitabı, seyr etdiyin mənzərəni, dinlədiyin musiqini müzakirə edə, paylaşa bilmirsənsə, buna görə sənə dəli kimi yanaşırlarsa…

Yuxularınız sizə həyan olursa…

Özünüzə qapanır, insanlardan qaçırsınızsa…

Xəstələnəndə, xəstələnməmək üçün hər şey edirsinizsə, xəstələnəndə müalicəyə belə özünüz əl atırsınızsa…

Hər kəsə verir, kimdənsə almırsınızsa…

Enerji verib, almamaqla tükənirsinizsə…

Susmağı seçirsinizsə…

Təklikdə gəzinirsinizsə…

Özünüzü yuxu, yemək rejiminə, xüsusi fərdi zövqə sala bilmisinizsə…

Beyniniz çox yüklənirsə…

Fikirlərinizi kiməsə etibar etmirsinizsə…

İşdə və evdə gördüyünüz hər bir işi ardıcıllıqla, tipik qaydada edirsinizsə…

Kiminsə köməyinə möhtac deyilsinizsə…

Təbrik edirəm, ya da başınız sağ olsun, Siz tənhasınız.

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: