Borcluyam sənə

Foto: Rüfət Yaqubov Sənə ümid borcluyam Sındırdığım yerinə… Sənə şəkil borcluyam Şəkli silmişəm deyə… Sənə sevgi borcluyam Cavabsız qalmış sevgin… Sənə cənnət borcluyam Burda olum mələyin… Sənə həyat borcluyam Bir də qısa gələcək, Bəlkə qismət olacaq, Borclarımı ödəmək… Sənə ən böyük borcum Bilirəm ki, özüməm, Məni məndən istəmə, Hələ hazır deyiləm…

Ваша оценка:

Dəyişilməz

Foto: Xəqani Yenə tək qalıram, Yenə həmin ünvanda Həmin yerdədi işim Dəyişilməzdir onlar… Yenə içki içirəm, Başım fırlanır bəzən Siqaret tüstüsündən Dumanlanır fikirlər… Yenə həmin geyimlər Yenə həmin  tanışlar Tədbirlərə dəvətlər Dəyişkənlik gəzirəm… Yenə həmin əllərim Üzümə sillə çəkir Yəni həmin qollarım Özümü qucaqlayır… Yenə həmin rəngdədir Saçlarımın dibi də Uzandıqca rəng vurmaq Gəlmir ki,Продолжить чтение «Dəyişilməz»

Ваша оценка: