Hüdudsuz sevgi (həyat hekayəsi)

IMG_20170901_211708.jpg

Foto: Nəriman İsmayılov

Müəllifdən: Sevgidə məhdudiyyət yoxdur, olmamalıdır. Sevgi ya var, ya yoxdur, qızıl ortaqlıq sevgiyə yaddır. Bir insanı ya sevirsən, ya da sevmirsən, bu qədər qəti və konkret.

Sevgidə «ola bilsin, baxarıq, bəlkə də» kimi ehtimallar keçmir. Sevgi konkret hissdir, sevmək konkret işdir.

Onlar dost idilər. Zamanla dostluq sevgiyə çevrilmişdi. Dost sevgisindən iki əks cinsin nümayəndəsi arasında olan sevgiyə. Qız onu sevsə də, oğlan onun sevgisinə cavab versə də, bu sevginin alınmayacağını deyib, qızı özündən uzaqlaşdırmağa çalışırdı. Qızı o qədər çox sevirdi ki, ona birlikdə yaşaya biləcəyi həyat, sınaq, çətinlikləri qıymırdı.

Onlar növbəti, bəlkə də son dəfə görüşürlər. Bu görüşdə onlar cəsarətlərini toplayıb, səmimi şəkildə öz sevgi etirafını edəcəkdilər. Uzatmağın mənası yox idi.

  • Mən sənə bir etiraf etmək istəyirəm. Bilmirəm hardan və nədən, necə başlayım. Bəlkə elə beləcə birbaşa deyim. Mən səni sevirəm.
  • Olmaz. İnanmıram. Bizim aramızda sevgi olmaz, ola bilməz.

  • Niyə axı?

  • Uşaq kimi davranırsan. Reallığı görmürsən. Bu sevgi mümkün deyil. Mən razı deyiləm. Ayrılsaq yaxşıdır.

  • Niyə? Səbəbini söylə.

  • Səbəbini bilmək istəyirsən?

  • Hə. Haqqım var bilməyə. Başqasını sevirsən?

  • Yox.

  • Bəs səbəb nədir?

  • Səbəb yox, səbəblər. Çünki mən sənin arzularını gerçək edə bilməyəcəyəm. Çünki toy günü səni qucağıma alıb evimizə qədər apara bilməyəcəyəm. Çünki mən səninlə dəlilik edə bilməyəcəyəm. Dəniz kənarında, meşədə, parkda qaça bilməyəcəyəm. Çünki mən səninlə hər dəfə evdən çıxanda bir problem kimi görsənəcəyəm, mənimlə harasa getməyinə peşman olacaqsan. Hər dəfə avtobusa minməyim problem olacaq. Metrodan istifadə edə bilməyəcəyəm. Taksiyə xərclənəcək qazandığımız pullar. Çünki mən yetərincə pul qazanıb, yaxşı yerdə işlyəə bilməyəcəyəm. Çünki sən mənimlə fəxr edə bilməyəcəksən. Uğurlarım uğurlarının və mənim kölgəmdə qalacaq. Çünki yeraltı keçidlərdən istifadə edə bilməyəcəyəm. Çünki yolda mənlə gedərkən tez yorulacaqsan. Bir də başqaları var. Başqalarının bizə, sənə baxması. Sənə rəhm etmələri, məni qınamaları. Bir də ki, məni sənə yaraşdırmayacaqlar onlar. Yanında dayana bilməyəcəyəm, kimboyca hündürdür ölçə bilməyəcəksən. Dincəlməyə gedəndə, mən yuxarı qalxa bilməyəcəyəm. İstirahətin belə burnundan gələcək. Bir də əsəbləşəcəyəm tez-tez. Mənə nifrət edəcək insanlar, səni «xoşbəxt» edə bilmədiyimə görə. Valideynlərin, dostların qınayacaq səni, anlamayacaqlar. Deyəcəklər, adam tapmamısan sevməyə? Hər dəfə bizi ayırmağa və səni öyrətməyə çalışacaqlar. Çünki hər dəfə ağrıyanda əzab çəkəcəyəm, sən də mənimlə birlikdə əzab çəkəcəksən. Bir gün bezəcəksən mənə qulluq etməkdən, bu cür əzablardan, həyatdan. Bir gün qaçacaqsan, gedəcəksən. Bir gün bitəcək sevgin.  O gün ayrılacağıq. Gəl, indidən ayrılaq. Sən tam sağlam adamsan. Mənsə, onların gözündə «əlil, bədbəxt, uğursuz insan», fiziki məhdudiyyətliyəm. Bəlkə sən indi sevirsən deyə, görmürsən, görmək istəmirsən bunu. Amma reallıqdır bu. Sən buna hazır deyilsən, mənsə bu həyatı sənə layiq bilmirəm. Mövzu bağlandı.

O öz arabasını sürərək, görüş yerindən uzaqlaşdı.

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: