Gecikmiş dərs (kiçik həyat hekayəsi)

скачанные файлы

Park boyu orta yaşlı bir kişi bir əlini yanında saxlayaraq, o biri əli ilə sanki kiminsə əlindən tutaraq gedirdi. Getdikcə isə mızıldanır, öz-özünə danışırdı. Kənardan baxan elə bilərdi ki, dəli olub.

Park bitdi. Maşın yoluna çatdı. Dayandı.

  • Dayan, əlimdən bərk tut. Burda zebra olsa da, işıqfor da var. İşıqfora da baxmaq lazımdır.

Gözəgörünməzdən «hə» cavabını alandan sonra davam etdi.

  • İşıqforda bizim işıq yanandan, maşınlar dayanandan sonra biz keçəcəyik. Əlimi buraxma. Tələsmə.

İşıqforda yaşıl rəngdə piyadanın işığı yandı. Biz yolu keçirdik. Öndə o kişi gedirdi.

  • Bax, görürsən, necə asandı. Əməl etsən, unutmasan, sənə heç nə olmaz, arada yola baxmağı da unutma. Bəzən olur ki, bizim yolumuz olduğu halda maşın da keçir.

Yenə təsdiq cavabını alandan sonra bir müddət parkın içindən sakitcə keçirdi. Avtobus dayanacağına çatdıq. O avtobusu göstərib dedi.

  • Bax, bala, çatdıq. Kartı vuracağam, keçəcəyik. Məktəbdən çıxandan sonra məktəbin içində məni gözlə. Geciksəm belə. Gələcəyəm.

Avtobusa mindilər.

  • Ortaya keç. Ortada yer var. Bax, balam burda dayan.

Dayanacaqda düşdülər. Burada bir məktəb vardı. Məktəbə girdilər.

скачанные файлы

O, bir ata idi. Düz bir il bundan əvvəl övladı məktəbdən çıxarkən zebranın üstündən maşınla vurulmuş və yerindəcə keçinmişdi.

Bu bir dərs idi, digər valideynlərə. O valideynlərə ki, həm özlərinin, həm də övlad və nəvələrinin həyatlarını təhlükə altına atıb yolu düzgün keçmir, yol hərəkəti qaydalarını pozurlar.

Bu bir dərs idi. Gecikmiş dərs.

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: