Qaqamın sözü-Səxavət Məmməd

скачанные файлы

Bu yazım mənim yaradılığımda son yazı ola bilər. Ola bilsin ki, məni silsin yer üzündən. Oxuyanda hirslənəcək, cin atına minəcək, bilirəm.

Onunla həyatımın ən çətin anında tanış olduq. 6 ay ərzində virtual aləmdə yazışıb dostluq etsək də, yarım il ərzində görüş təyin edib, sonra təxirə salsaq da, bir gün gəldi ki, görüşdük. Əslində, o gün də görüşü təxirə salmaq istəyirdim. Amma üz-üzdən utanar.  Söz vermişəmsə, görüş təyin edilibsə, baş tutmalıdır.

Etiraf edirəm ki, peşman olmadım.

Əslində, elə ilk gündən necə bir insan olduğunu gördüm, dost olacağımıza əmin oldum.

Bizim ortaq həyat və cəhətimiz var. Ortaq mövzularımız var müzakirə ediləcək. Amma bu dostluq etmək üçün kifayət etmir.

İnsanın özü, xarakteri, davranışı, hətta xarici görünüşü belə önəmlidir. İlk görüşdə ilk təəssüratım necə idi, o cür də qalmışdır. Dəfələrlə küsmüşük, barışmışıq. Bir-birimizi anlayırıq deyə, bir-birimizin dostluğundan imtina edə bilmirik.

O intriqa, söz-söhbətə qarışmaz. Kənardan müşahidə edər. İrad və tənqidini isə vaxtı gələndə üzünə vurulan yağlı sillə kimi vurar. Tənqidində sərt, dostluğunda sadiqdir.

Çox deyib gülsə də, səmimi olsa da, virtual aləmdəki insan deyil. Onun dünyası, xarakterini tanıdıqca, kəşf edirsən.

İntellektual, maraqlı, savadlı insandır. Olke.az saytında yazım gedəndə, oranın əməkdaşı kimi tanısam da, sonra çox doğma insana və yaxın bildiyim dostuma çevrildi.

Ətimi yesə də, sümüyümü atmayan dostlardandır.

Çox sərt görsənsə də, əslində çox mülayim, üzüyumşaq, səmimi, saf insandır. Dostlarını qorumağa, dost bildiyi insanların yanında olmağa çalışır.

Çox cəsarətlidir. Mübarizdir. Müşahidə etmək, təhlil etmək, araşdırmaq, ciddi-aktual mövzuları müzakirə çıxartmaq kimi peşəkar keyfiyyətləri var.

Ağdamlıdır. Bəzən mənim anlamayacağım sözləri deyir, «baxarıq, ola bilsin, bəlkə də». Bunları mən konkret insan olaraq anlaya bilmirəm.

images

Bir də yumor hissi var deyə, zarafatlardan inciməz.

Çox düşüncəli, fərqlidir, indiqo insandır.

Ən çox sevdiyi  «Oppa, öl elə» sözlərini demək, «sən öl, mən öl» vurmaq, atamaca atmaq, diplomatik yolla yola verməkdir.

Təhsili üzrə işləməsə də, yəni hüquqi fəaliyyət göstərməsə də, insanların hüquqlarını bu və ya digər yollarla qorumağa çalışır.

Çox işgüzardır. İşinə qarşı məsuliyyətlidir.

Ən çox sevdiyim məqam onun gülüşünü görməkdir. Çünki güləndə içdən gülür, gözlərinin altında qırışlar yaransa da, yorğun baxışlarının içindən o işığı görürsən. İçində gizlətdiyi sevinci görən görür.

Ən azı 4 dəfə iri mübahisəmiz olmuşdur. Bir-birimizi qara siyahıya salmışıq, yazışmırıq, görüşmürük. Buna baxmayaraq, dost kimi bütün «mənfi hal» və qurdlu atmaca, sancmalarına baxmayaraq, onun xətrini çox istəyirəm.

Bir məsələ də odur ki, dinləməyi bacarır, qınamır. Ağ-yuyub qara sərsə də, insanın yaxşılığı üçün deyir. Əslində, belə dostlar olmalıdır ki, gözünü iri miqyasda açıb, hərtərəfli görəsən.

Ondan çox ehtiyat edirəm. Söz altda qalmır, hazırcavabdır.

Ondan həm də ona görə ehtiyat edirəm ki, bumeranqdır, güzgüdəki əksimdir sanki. O sakit oturanda,sakitlik olanda, artıq düşünürsən ki, görəsən, nə edəcək?! Nəsə plan cızıb.

Onun yanında ağlasan da, gülsən də, sənə şərik çıxacaq. Onunla sükunəti dinləmək də adama rahatlıq verir.

Hər kəsin mənfi tərəfi, nöqsanı var. Mükəmməl adam yoxdur. Amma insanlar əgər sənə və dostluğuna dəyər verirsə, onları itirməmək, dostluğu öldürməmək lazımdır.

Nə yaxşı ki, sən varsan.

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: