132

Həsrətindəyəm.
Yolda onları görüb, yerində olmaq istəyirəm.
Əl-ələ tutub qaçmaq, dalaşanlara baxmaq istəyirəm.
Qaçmaq istəyirəm dərslərdən, gəzmək istəyirəm şəhərdə.
Böyüklərdən kimsə gəlsin, desin ki, sənə yaraşmaz, sən kimin övladısan, onlara özünü tay tutma, Günel…
Bir də ki, qapıdan içəri girib çıxmaq asan olsun.
Küsüb barışım onlarla.
Utanım, ağlayım…
Eybi yox, qoy danlasınlar, hey tərif eşitməyəcəyəm ki.
Bu il getmişdim…
Çoxusu ölmüşdür keçmişindəkilərdən…
İlk öyrədənim onlar olmasa da, nəsə öyrənmişdim onlardan.
Bir də ki, nə olsun ki, zamanı geri qaytarmaq olmur, yenidən uşaq olmaq olmur, yenidən məktəbə getmək olmur.
O zaman dərd və yükümüzü çəkənlər vardı. Bizim tək işimiz oxumaq idi… Bəs indi?! İndi biz çəkirik çoxunun yükünü, yerimiz bəzən dəyişik düşür, indi biz öyrədirik bildiklərimizdən, yaşadıqlarımızdan. Nə faydası var? Özləri böyüdükcə, anlayacaqlar bizim kimi səhvlərini.
Uşaq olmaq olmur, düzdür, amma yaşamadıqlarını, yaşaya bilmədiklərini yaşamaq olur. Yetər ki, istə. Səh çox şeyə qadirsən, ey insan.
Məktəb… Sən özün bir məktəbsən, həm şagirdsən, həm tələbə, həm müəllim, həm də direktor… Dərsləri də özün özünə keçməlisən bəri başdan…
Addımları səhv saymadım, salmadım rəqəmləri başqa yerə. 123 ardıcıl gəlsə də, mənə doğma səslənir 132…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: