“15 sual, 15 cavab” müsahibə layihəsi-Çinarə Ömray

Chinare Omray

Onu bir də belə tanıyın.

  1.  Oxşarlıqlar çoxdur, bəs fərqlllikləri nədə görürsünüz?
    — Oxşarlığın çox olması fərqlilikdi.
    2. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
    — Orta yol tutub tkılırıq)
    3. Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?
    — Ö+X=U (ÖzGüvən+Xarakter= Uğur) Öz güvənin və Xarakterin varsa, artıq uğur sənin yanındadı.
    4. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
    — Məncə analar yaxşı qızlar doğur.
    5. Sonrakı peşimançılıqda fayda varmı?
    — Biz peşmançılığımızdan da, fayda güdürük. Dəhşətiyee.
    6. Sizin üçün ən uğurlu sərmayə nədir?
    — Nəfəs almaq.
    7. Neçə il tənha yaşaya bilərsiniz?
    — 6 ildən bir az çoxdu.
    8. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
    — İtirmək qorxum olmadığı üçün seçim sıxıntım yoxdu.
    9. İntihar etsəniz, səbəbi nə olar?
    — Çox ağır, çəkilməz şeylərdən keçdim. Heç vaxt intihar düşünmədim. Əgər onları intiharsız atlatmışamsa, yəqin edəsi olsam, çox bəsit, primitiv bir şey üstə edərəm.
    10. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
    — Cəsarət dirəniş üçündür. Həyata dirəniş.
    11. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
    — Bacardıqca seçim qarşısında qalmamağa çalışıram.
    12. İnsanlardan ayrılmağınızın səbəbi nədir?
    — Adamları olduğu kimi səhvləriylə qəbul edə bilirəm. Amma xaraktersiz, şəxsiyyətsiz insanlara təhəmmül edə bilmirəm .
    13. Bu ifadəni tamamlayın: Yaşım qədər…
    — Yaşım qədər yaşanmışlığım var.
    14. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
    — Məncə dostların hər istədiyini ciddiyə almaq lazım deyil .
    15. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
    — Olduqları kimi davransınlar, kirli düşüncələrlə içlərini qaraltmasınlar. Həyat gözəldi, yaşamağa dəyər.

Təşəkkür edirəm.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: