“15 sual, 15 cavab” müsahibə layihəsi- Günel Habilqızı

Gunel Habilqizi

1 Oxşarlıqlar çoxdur, bəs fərqlllikləri nədə görürsünüz? Fərqlilikləri düşüncələrdə görürəm. Hamı kimi olmağa can atmayanlar mənə görə fəqrli insanlardır. Onlar dünyaya gəlirlər, həyatı dərk edərək yaşayırlar. Kütlənin nə düşündüyünün onlar üçün əhəmiyyəti yoxdur. Çünki, özlərini başqalarının şəxsi fikirləri ilə yükləmirlər. Öz düşüncələri olur, idealları, hədəfləri olur.

2 Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Bu haqda heç vaxt düşünməmişəm. Əgər onu saxlamaq iqtidarında deyiləmsə demək ki ona tabeyəm. Amma zamanımı dəyərləndirməyi bacaran biriyəm. Yaxınlarım bilirlər. Dəqiqələrimi belə boşa sərf etməyi sevmirəm. Çünki vaxt çox qısadır.

3 Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir? Şansdan…Şansın varsa özünü qaranlıq otağa “həbs” etsən belə uğur səni tapacaq…

4 Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Təsadüflərə inanmıram. Həyatımızda nə baş verirsə zərurətdəndir. Belə olmalı idi oldu. Bu isə özümüzlə əlaqədardır. İnsanların çoxu enerjilərindən xəbərsizdir. Bəzən fikir verirsiz nəyisə ağlımızdan keçiririk olur. Uğursuzluqlarımızda, uğurlarımızda səbəbkar özümüzük. Biz ürəyimidən nəyi keçiririksə, nəyi çox çağırırıqsa o da olur. Ona görə də bacardığım qədər özümü müsbət enerjiyə kökləyirəm. Beləcə həyatımdakı müsbətləri çoxaldıram.

5 Sonrakı peşimançılıqda fayda varmı? İnsan peşmançılıq da yaşamalıdır. Bu bəzən xeyrimizədir. Möhkəmlənirik. Şəxsi təcrübəmdən…

6 Sizin üçün ən uğurlu sərmayə nədir? Söhbət mənəvi sərmayədən gedirsə elm və dünyagörüşü deyərdim. Maddi sərmayədən gedirsə daşınmaz əmlak…

7 Neçə il tənha yaşaya bilərsiniz? Ətrafımda saysız-hesabsız insan olsa da daxilən tənhayam. Və özümü dərk edəndən belə olduğum üçün artıq alışmışam. Yəni taleyimlə barışmışam.

8 İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız? Bir dəfə risk etdim və itirdim. Dərsimi almışam.

9 İntihar etsəniz, səbəbi nə olar? Heç bir səbəb məni intihara sürükləyə bilməz. Çünki, daxilimdəki işıq məni həmişə qoruyur və aydınlığa çıxarır.

10 Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür? Həqiqət cəsarət tələb edir.

11 Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti? Heç birini.

12 İnsanlardan ayrılmağınızın səbəbi nədir? İnsanları sevirəm. Özümə qarşı nadürstlük görəndə isə uzaqlaşıram.

13 Bu ifadəni tamamlayın: Yaşım qədər övladım olaydı…

14 Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi? Niyə də olmasın. Amma mən istəməzdim dostlarım mənim yerimdə olsunlar. Çünki yuxardı qeyd etdiyim kimi ətrafımda saysız-hesabsız insan olsa da daxilən tənhayam. Daxili dünyam qorxudar onları, daşıya bilməzlər. 15 İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı? Ən böyük istəyim proqressiv gəncliyə sahib olmağımızdır. Əslində hər birimiz anadan bacarıqlı, zəkalı doğuluruq. Amma cəmiyyət, ailələrimiz bu ruhu bizdə məhv edir. Gənclərdən çox böyüklərə tövsiyyə edərdim ki, övladlarını şəxsiyyət kimi yetişdirsinlər. Onların qarşısında sipər olmasınlar. Onların seçimlərinə hörmətlə yanaşsıznlar. Yalnız bu halda yetişən nəsildən nəsə gözləməyimizə dəyər.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: