“15 sual, 15 cavab” müsahibə layihəsi-Sevinc Novruzova

Sevinc.jpg

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz? — Fərqlilikləri görmək üçün gərək insanda fərqli düşüncə sahibi olub, fərqli görsün. Müəyyən dərəcədə fərqlilikləri görürəm. Ancaq tam olaraq nədəsə fərqliliyi gördüyümü demək mənə çox çətindi.
  2. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? — Mən zamana tabeyəm.
  3. Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir? — Elə düşünürəm ki, hələ də böyük uğur qazanmamışam. Ona görə də, o düsturdan bixəbərəm. ).
  4. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? — Məncə yox.
  5. Sonrakı peşimançılıqda fayda varmı? — Hec bir fayda görmürəm. Sonradan çox peşman olmuşam. Hədsiz çox. Ən çox da etdiyim səhvlərə görə. Hər şeyin gec olduğunu və geri qaytara bilməyəcəyimi anlamışam. Ancaq faydasın görməmişəm.
  6. Sizin üçün ən uğurlu sərmayə nədir? — — Təhsilə qoyulan sərmayə. Vaxt gələcək o təhsillə uğurlu karyera qurmaq olar.
  7. Neçə il tənha yaşaya bilərsiniz? — Sözün düzü mən indi də tənhayam. Mənə görə hansisa bir evdə tək qalmaq tənhalıq deyil, mənəvi təklik tənhalıqdır. Bir neçə ildir tənhayam, özüm özümləyəm. Yəqin ki, bir neçə il də bundan sonra tək qala bilərəm. Həyat tərzimə çevrilib.
  8. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız? — Bir çox riskə girmişəm, əksəriyyətində də itirmişəm. Bundan sonra çətin bir də riskə girim.
  9. İntihar etsəniz, səbəbi nə olar? — Təkliyim, məni anlamamaqları, ailəm üçün faydasız və istədikləri kimi övlad olmamağım, istədiklərimin, arzularımın gerçəkləşməməsi və s. bunların hamısın bir yerə toplayanda depressiv hal kimi müşahidə olunur. Mən də bu səbəbdən intihar edərəm.
  10. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür? — Həqiqət cəsarət üçündür.
  11. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti? — Ikincini. Cəsarət payı olmayan həqiqəti. Çünki, mən çox cəsarətsizəm.
  12. İnsanlardan ayrılmağınızın səbəbi nədir? — Mənə elə gəlir onlar məni başa düşmürlər. Çox vaxt da mən özüm – özümlə danışıram, ürəyimlə danışıram. Onlara tam fikrimi, necə olduğumu çatdıra bilmirəm. Məcburən onlardan uzaq qalıram. Bir də ən böyük səhvim ürəyimdən başqa rəftar, davranış, söz keçsə də özümdən asılı olmayaraq kobud, özündən razı kimi davranıram. Ürəyimdə peşman olsamda heç bir faydası olmur.
  13. Bu ifadəni tamamlayın: Yaşım qədər … — Yaşım qədər ÇƏTİNLİKLƏRİM olub. Uzun uzadı yazıb oxucuları yormaq istəmirəm.
  14. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi? — Məncə xeyr. Onların özlərinin yerləri şükür ki, yaxşıdır. Inanmıram yerimdə olmaq istəsinlər.
  15. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı? — Mənim özüm hələ gəncəm. Tövsiyyə vermək çətin olar. Ancaq istərdim ki, gənclərimizi savadlı, dünyagörüşlü, elmli və ən əsası sağlam görmək istəyərəm.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

2 комментария на ““15 sual, 15 cavab” müsahibə layihəsi-Sevinc Novruzova

Комментарии запрещены.

%d такие блоггеры, как: