«15 sual, 15 cavab» müsahibə layihəsi — Əkbər Qoşalı

image

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz?

— Qüsura baxma, bu sual bitkinmi deyil ya mənə belə gəlir?)
Elə bilirəm, dünyadakı oxşarlıqlarla fərqliliklər eniş-yoxuş misalı bir-birinə bərabərdir.

  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

— Əgər mən varamsa, Yaradan bir səbəb gərəyi mənim bu zamanda, bu məkdan yaşamağımı uyğun bilib, elə deyilmi?
Necə deyərlər, zamanla qarşılıqlı cazibə içindəyik.)

  1. Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?

— Səmimiyyətimdə, yaxşı düşünüb, yaxşıları görməyim, yaxşılıqları yadımda saxlamağımda, gücüm miqdarında xeyirxahlığımda, “1+” qan qrupumda.)

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

— Ərəbin “təsadüf”ə qarşılıq bir də, “təvafüq” deyə bir sözü var.  “Təsadüf-zərurət”… “tandem” dialektikanın kateqoriyası olaraq, kitab-dəftərdən gerçək həyata hansı ölçüdə, hansı həcmdə keçir, düzü, hələ dəqiq deyə bilmirəm…  

  1. Sonrakı peşmançılıqda fayda varmı?

— Bəli, var – keçmiş üçün yox, gələcək üçün…

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

— YAXŞILIQ, ADAM KİMİ ADAMLIQ..!

  1. Neçə il tənha yaşaya bilərsiniz?

— Bilmirəm, diləmirəm də, təbii… ancaq yaşaya bilərəm.

  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

— Hansını demədən, riskə gedə bilənəm, risklər etmişəm, bəlkə, yenə edərəm… — ƏvəlAllah!

  1. İntihar etsəniz, səbəbi nə olar?
    -Bu nə sualdır, a günü ağ olmuş?) İntihar etmərəm yəqin, onünçün səbəb-filan axtarmağa da dəyməz)
  2. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçün?

— Bir-birinə bağlı olsalar gərək. Bağla bağban misalı  ( – “Qorumasan, əkməyinə, əkməsən, qorumağına dəyməz”)…

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

— Bir öncəki cavaba baxalım)

12. İnsanlardan ayrılmağınızın səbəbi nədir?
— Belə səbəblər bir yox, bir neçə ola bilər… Adamına baxır.

  1. Bu ifadəni tamamlayın: Yaşım qədər…

— Elə “üç nöqtə” qalsın)

  1. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

— Nəinki dostlarım, neçə dost olmayan da istərdi bunu –  amma mənə qalsa, hər kəs öz yerində olsa yaxşıdır.

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

— Dəliqanlıları təsvir etmək çətindir…
Hər halda deyim, pul-paraya çox da könül verməsinlər…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: