«15 sual, 15 cavab» müsahibə layihəsi- Şahanə Müşfiq

image

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz?

Fərqlilik elə ifrat oxşarlıqdan yaranır.

  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Son yaşadıqlarımı göz önünə gətirəndə zamana istəmədən boyun əyməli olduğumu görürəm. Əvvəl belə düşünmürdüm amma. Zaman bütün hallarda qalibdir.

  1. Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?

Xarakter+ Çalışmaq+ Səbr= Uğur

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Bəzən hə, bəzənsə yox. Təsadüflərə inanıram. Amma hər təsadüfə don geyindirmək lazim deyil deyə düşünürəm.

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Həyatı öyrənmək baxımından var.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Mütaliə

  1. Neçə il tənha yaşaya bilərsiniz?

Hərdən Robinzon Kruzonun yerində olmaq istəyirəm. Amma cəmiyyətimizə və güzgüyə baxanda elə hər birimizin birər Robinzon Kruzo olduğunu görürəm.

  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Riskləri sevirəm. Hər cürə riskə gedə bilərəm.

  1. İntihar etsəniz, səbəbi nə olar?

Yəqin ki, həyatımda heç olmasa bircə dəfə azad nəfəs almaq arzum. Bu, son nəfəs belə olsa…

  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

İkisi də insan üçündür.

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Həyatda ən sevmədiyim şey seçim qarşısında qalmaqdır. Sən canı, sən də məni çox çək-çevirə salma seçimlə, qoy oturmuşuq (gülür).

  1. İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Saxtakarlıq. Dildə bir, kənarda başqa olmaqları

  1. Bu ifadəni tamamlayın: Yaşım qədər…

Yaşım qədər yaşamışam…

  1. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Dostum yoxdur. Amma uşaqlığımda həmişə «xalxın uşağı» mən olmuşam. Çoxları yerimdə olmaq istəyib, elə indi də istəyirlər. Yerimdə nə gördüklərini isə gərək özlərindən dəqiqləşdirəsən (gülür)

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Özüm də gənc olduğum üçün yekə- yekə tövsiyə vermək fikrim yoxdur. Sadəcə bacardıqları qədər birinci özlərinə, sonra cəmiyyətə yararlı yaşasınlar.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: