«Şedevr suallar» silsiləsindən…

-Günel xanım, necə oldu ki, bloqçu oldunuz. Bu barədə həyat hekayəniz və təcrübənizi bizimlə bölüşün.
— Yazdıqlarıma, sözlərimə görə isti, soyuq havada qaranlıq bloklarda qala-qala bloqçu olmuşam. Bu təcrübəmə ilk dəfə 2008-ci ildə başlamışam.
Bir təkər işarəsi….

  • Günel, həyatında neçə kişi olub?
  • Dəqiq saymışam, yaşım qədər.
  • Neçə yaşın var?
    1. 34 olmasını gözləyirəm ki, limiti keçməsin kişilərin sayı.
  • Düzünü de, neçə kişi ilə yaxınlığın olub?
  • Vallah, saymamışam, amma əminəm ki, sayı 3 rəqəmli rəqəmə çatmayıb

. — Günel, niyə maliyyəçi oldun, qadın işi deyil axı.
— Camaatın pulunu saymaq, sənə aid olmayan pula toxunmaq, müvəqqəti sahiblənmək əsl qadın işidir. Özü də ki, mental qaydaları pozmur.

  • Günel, filankəslə şəklin var, aranızda nəsə var?
  • Şəkildə tam və ya yarı çılpaq vəziyyətdə idiksə, hə.
  • Günel, niyə yazı yazmırsan? Bloqunda yeni yazılarını görmürəm.

  • Nə vaxtım var, nə ilham pərilərim.
  • Yeni yazı yazmağın üçün İlhamı çağırım, ya Pərini?
  • Sənin zövqünə buraxıram seçim haqqımı.
  • Razılaşdıq, sən vaxt elə.
  • -Salam, Günel, necəsən?
    — Yaxşı, amma deyəsən, sən sərxoşsan, içmisən…
    — Səni axtarmaq, yada salmaq üçün içkili və sərxoş olmaq lazımdır?
    — Məni axtarmaq, yada salmaq tempinə nəzər yetirsək, onda hə…
    😂😂😂😂🤔🤗

    Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

    Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

    %d такие блоггеры, как: