«15 sual, 15 cavab» müsahibə layihəsi- Könül Əlibəyli

Konul

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz? — Fərqliliklər bizim içimizdədir.
  2. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? — Təəssüf ki, hamı zamana tabedir.
  3. Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir? — çalışmaq+daha çox çalışmaq=uğur

  4. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Təsadüfləri də boş verirəm, zərurətləri də.

  5. Sonrakı peşimançılıqda fayda varmı? -Mütləq ki, var. Ən azından səhvini anlayırsan və təkrarlamırsan.
  6. Sizin üçün ən uğurlu sərmayə nədir? Ən uğurlu sərmayə övladdır. Onun üçün elədiklərindir.
  7. Neçə il tənha yaşaya bilərsiniz? — Mənən, özümə uyğun olmayan yerdə həmişə tənhayam. Məsələn, sevmədiyim bir kollektivdə. Amma cismən 1 gün belə tənha qala bilmirəm. Qaldı ki, il…
  8. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız? — Riskə gedə bilirəm, amma baxır nəyi itirəcəyəm?!
  9. İntihar etsəniz, səbəbi nə olar? -Ancaq Allah ağlımı alsa, intihar edərəm. O da səbəbsiz.
  10. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür? Cəsarət həqiqətin özüdür.
  11. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti? — Cəsarət payı olan həqiqəti.
  12. İnsanlardan ayrılmağınızın səbəbi nədir? -İnsanlıqlarını görməməyim.
  13. Bu ifadəni tamamlayın: Yaşım qədər… Vicdanım olsun.
  14. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi? Elə ağılsızlar dostum ola bilməz.

  15. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı? İndiki gənclər mənəm, sənsən, odur. Özüm özümə tövsiyə edərdim ki, özümüz kimi olaq.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: