«15 sual, 15 cavab» müsahibə layihəsi- Teymur Əzizov

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
  • Eyni xasiyyətə malik insanlar çox olsada hər birinin fərqli həyat tərzi var. Mən fərqliliyi insanların həyat tərzində görürəm.
  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
  • Düşünürəm ki, mən zamana tabeyə, çünki çox vaxt zamanın nə göstərəcəyini gözləmək məcburiyyətində qalıram.
  1. Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?
  • Atılan hər uğursuz addım növbəti uğurun ilk addımı olduğu üçün mənə görə uğur düsturunun ən başlıca elementi uğursuzluqdur.
  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
  • Ümumiyyətlə mənim üçün təsadüf deyilən bir şey yoxdur. Həqiqət və zərurət var.
  1. Sonrakı peşimançılıqda fayda varmı?
  • Atalar deyir ki, sonrakı peşmançılıq fayda verməz, ancaq atalar da həmişə haqlı olmur. Sonrakı peşimançılığın faydalı olduğu zamanlar da olur.
  1. Sizin üçün ən uğurlu sərmayə nədir?
  • Mənim üçün ən uğurlu sərmayə təcrübədir.
  1. Neçə il tənha yaşaya bilərsiniz?
  • Tənhalıq mənim ən etibarlı dostumdur və mən öz dostumla bir ömür yaşaya bilərəm.
  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
  • Maliyyə riski edərəm, zatən itirsəm belə yenədə qazana biləcəyimə inanıram.
  1. İntihar etsəniz, səbəbi nə olar?
  • Adətən intiharın səbəbi böyük problemlərin həllini tapmamaq olur. Lakin mən həyatla mübarizəni sevdiyim üçün heç vaxt intihar haqqında düşünmümişəm və intihar edənlərə aciz insanlar kimi baxmışam.
  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
  • Cəsarət həqiqət üçündür!
  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
  • Cəsarət həqiqət üçün olduğu üçün cəsarət payı olmayan həqiqəti seçərdim.
  1. İnsanlardan ayrılmağınızın səbəbi nədir?
  • İnsanlardan vəfa görməməyim…
  1. Bu ifadəni tamamlayın: Yaşım qədər…
  • xəyanətlə üzləşmişəm!
  1. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
  • Bir zamanlar bütün “dostlarım” mənim yerimdə olmaq istərdilər, o zaman uğurlarım çox olduğu üçün “dostlar”-da çox idi. İndi dostum yoxdur ona görədə yerimdə olmaq istəyən də çətin olsun!
  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
  • Hər bir gənci azad düşüncəli və qərar verməyi bacaran bir gənc kimi görmək istərdim. Tövsiyyəm isə odur ki, oldu deyim öz bildiklərini etsinlər… hər bir insanın öz həyatını istədiyi kimi yaşamaq haqqı var…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: