«15 sual, 15 cavab» müsahibə layihəsi-Nuranə Nur

Nurane

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?

Öz şeirimdən  misraları  xatırladım :

Eynisən, sən də eyni

Yox, əslində başqasan.

Bambaşqa eynilik var səndə.

Həyatda fərqli oxşarlıqlar var. Məsələn mən həm atamın anasına, həm də öz anama oxşayıram. Amma anam qayınanasına heç oxşamır.  Oxşar olan hər şeyin fərqli oxşarlıqları elə fərqlilikdir

  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Bu vaxta qədər zamanı özümə tabe etmişəm, indi növbə onundur, özü də sonuna qədər.

  1. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?

 İstedad + zəhmət = uğur

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

 Yox, amma təsadüflər zərurəti doğurur.

  1. Sonrakı peşmançılıqda fayda varmı?

Baş vermiş hadisəyə görə faydası olmasa da, gələcək davranışlar üçün faydası var.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Ən uğurlu sərmayə, şübhəsiz ki, təhsildir. Həyatın hər bir anında bunu hiss edir insan.

  1. Neçə il tənha yaşaya bilərsiniz?

Allah qismət eləməsin. Çox erkən ailə qurmuşam, demək olar ki, uşaqlığımdan birbaşa ailə həyatına keçid eləmişəm. Valideynlərimdən tam ayrılmamış, valideyn olmuşam . Heç vaxt tənhalığı hiss etməmişəm. Ən çox qorxduğum hissdir. Amma hərdən  tək , sakit mühütdə  bir müddət özümlə yaşamaq istəyirəm.

  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

 Həyatımda mövcud olan doğma insanları itirməkdən başqa, heç nəyi itirməkdən qorxmuram. Kiçik risklərə gedə bilərəm, itirəcəklərim çox dəyərli olmasın deyə.

  1. İntihar etsəniz, səbəbi nə olar?

Təsəvvür edə bilmirəm.

  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Cəsarət həqiqət üçün. Amma …nöqtələrin yerini oxucum düşünsün.

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Birincinin seçicisi çoxdur, ikincisini seçmək də xoşbəxtlik gətirmir.

  1. İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Qəddar insanlarla eyni dünyada yaşamaq istəmirəm.

  1. Bu ifadəni tamamlayın: Yaşım qədər…

Yaşım qədər, gəncəm indi ( şeirimdən)

  1. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Əslində hamının yeri məndən yaxşıdır ))) Amma istəyirlər.

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

İndiki gənclər ( hamısı yox) kobuddurlar, tör töküntü tərzdədirlər, özlərindən çox razıdırlar. Amma əksəriyyəti intelektlidir .Tövsiyyəm odur ki, sağlamlıqlarının qiymətini vaxtında bilsinlər, təhsil alsınlar, arzularına çatana qədər əl çəkməsinlər.

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: