«15 sual, 15 cavab» müsahibə layihəsi- Səməd Ağayev

Samad

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?

Fərqliliklər insanların xarici görünüşündə və düşüncə tərzindədir.

  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Hər kəs, bunu qəbul edib — etməsə belə zamana tabedir.

  1. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?

Uğur düstüru = (istək+çalışqanlıq)*çalışqanlıq+səbr.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Məncə həyatda təsadüf deyilən bir şey yoxdur.

  1. Sonrakı peşmançılıqda fayda varmı?

Doğru bucaqdan baxmağı bacaran üçün bütün peşimançılıqlarda fayda var.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Ən uğurlu sərmayə ZAMANdır. Ümumiyyətlə mənə görə mövcud olan tək və yeganə sərmayə ZAMANdır.

  1. Neçə il tənha yaşaya bilərsiniz?

 Nəinki il, hətta 1 gün belə tənha yaşamaq mənim üçün böyük bir əziyyət olardı. Bildiyim qədərilə insan sözü “üns” sözündən yaranıb bu da insan üçün ünsiyyətin necə vacib olduğunun göstəricisidir.

  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

 Həyatımı itirəcəyimi bildiyim halda, döyüşə getməyə hazıram.

  1. İntihar etsəniz, səbəbi nə olar?

 10 il əvvəl həyatımda ilk dəfə intihar etmək fikrinə düşmüşdüm. Həmin vaxt tqdk imtahanından kəsildiyim üçün bu fikrə gəlmişdim, lakin o zamandan bugünə və ömrümün sonunadək məni intihara sövq edə biləcək heç bir səbəb ağlıma gəlmir.

  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Həqiqəti qəbul etməyə və deməyə, əlbət, cəsarət lazım.

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

 Cəsarət payı olmayan həqiqət daha yaxşıdır, çünki həqiqət payı olmayan cəsarət bünövrəsi olmayan ev kimidir

  1. İnsanlardan ayrılmağınızın səbəbi nədir?

 İnsanlardan ancaq anlayışın olmaması, yalan və cəhalətləri üzündən ayrılaram.

  1. Bu ifadəni tamamlayın: Yaşım qədər…

Yaşım qədər elə ancaq yaşım var))

  1. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Yerimdə olmağımı istəyən insanlarla dostluq etməməyə çalışıram, çünki həyatda hərkəsin öz yeri var, bunu dərk etməyən insan potensial təhlükə mənbəyi ola bilər. 

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

 İndiki gənclər, yəni biz, pulsuz və məsafədən təhsil almaq imkanı olan gənclərik və bu böyük nemətdir. Eyni zamanda, biz, çoxlu lazımsız informasiya hücumuna məruz qalan gənclərik. Özümə və gənc dostlara  zamanımızın qədrini bilməyi və sevgi dolu həyat arzu edərdim

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: