Mənə bir şans ver… (qısa hekayə)

image

 

-Oğlum, gedirsən?

  • Hə, ana, bu işə düzələcəyəm, düzəlməliyəm. Son mərhələdir, keçsəm, işə götürəcəklər.
  • Oğul, götür bu pulu. Bilirsən də, evə bu gün tez gəlməlisən. Bacının doğum günüdür. Ona tort və hədiyyə al.

  • Ana, pulu götürə bilmərəm. Var. Yığmışam. Yığdığım pulun üstündən götürmüşəm.

-Bala, inad eləmə, götür. Nə vaxt işləyib ilk maaşını alarsan, onda öz pulundan xərcləyərsən. Hələ ki, işləmirsən. Aldığın tək əlaçı təqaüdündür. O da aylıq xərcini ancaq görür. Necə yığa bilərsən?

  • Yaxşı ana, götürürəm. Amma ilk maaşımı tam olaraq sənə verəcəyəm. Borc kimi götürürəm. Qaytaracağam.

O, evdən çıxdı, anası onun arxası ilə bir müddət baxıb içəri keçdi, qapını bağladı.

Binadan yenicə aralanmışdı ki, tində onu gözləyən 4 nəfər iri vücudlu idman stilində geyinən qaqaşlar yaxınlaşdı.

-Hə,nəhayət ki, gəldin. Neçə gündür səni gözləyirik. Hardasan?

  • Salam, üstünüzə sağlıq xəstələnmişdim.
  • Hara belə? Borcunu nə vaxt qaytaracaqsan?

  • Bir az da gözlə. İş dalıyca gedirəm. Son mərhələdir. Bu dəfə işə düzələcəyəm. İlk maaşımdan verəcəyəm.

  • Bu nağıllarını get başqasına danış, 3 aydır ki, eyni nağılı, yalanı danışırsan.

  • Yox, vallah, düz deyirəm.

  • Daha sənə inanmıram. Borcu aldın, vaxtında qaytar. Uşaqlar üstünü yoxlayın.

  • Qaqaşlardan biri onun qollarını tutdu, o birisi ciblərini yoxladı.

    • Cibində olan elə bu 100 manatdır.
  • Verin bəri.

  • Nə olar, qaytar pulu, o mənim deyil, anamındır. Həm də bu gün kiçik bacımın doğum günüdür. Anamdan borc kimi götürmüşəm, bacıma tort, hədiyyə almaq üçün.

  • Öz anasından borc götürür. Ha ha ha. Sənin borc götürmədiyin adam var. Atamın dükanındakı nisyə dəftərində də adın var, 100 manat elə ona borclusan. Bacının ad gününə pul tapırsan, amma borcunu qaytarmağa pul tapmırsan.

  • O, əli ilə uşaqlara işarə edib dedi:

    • Bunu başa salın ki, borcu alıb qaytarmamaq nədir?! Amma o dünyalıq etməyin. Çox canfəşanlıq etməyin. Anasının balasıdır, sonra anasının borcunu da, mənə olan borcunu da qaytara bilməz.
  • Söz verirəm, ilk maaşımdan qaytaracağam. Nə olar. Keç günahımdan. Mənə şans ver?

  • İt köpəkoğlu, hələ şans istəməyə üzün də var.

  • Onun üzünə tüpürdü. Sonra dedi:

    • Mən getdim, başa salın. Sənə isə xudahafiz, anasının gül balası.

    Evdə, anası var-gəl edir.

    • Qardaş, dur tərpən də, dayı deyilsən. Axtar da. O bu qədər gec gəlməzdi evə. Bəlkə başına bir iş gəlib. Bilir ki, bacısının ad günüdür. O bacısını çox sevir. Belə etməzdi. Başına iş gəlib. Bilirəm. Atası öləndən evin kişisi oldu, kişilik yükü, ailənin problemləri onun uşaq çiyinlərinin üstünə düşdü.
  • Bacı, heç nə olmayıb. Gəncdir. Yəqin işə düzəlib, qalıb işləyir. Ya da dostlarıyla qeyd edir, gələcək.

  • Bu vaxtadək. Saatdan xəbərin var.

  • Bir az da gözləyək, gəlməzsə, gedərəm axtarmağa, polisə, xəstəxanalara. Di, rahatlan.

  • Bu vaxt qapı döyüldü. Anası qapıya doğru getdi. Qapını açanda polisləri görüb birtəhər oldu, təəccübləndi.

    Birinci polis özünü təqdim etdi və dedi:

    • Qarayevlər ailəsidir?

    Dayı özünü önə atıb dedi:

    • Bəli, Ağa Qarayevin meyidi tapılıb, binanıza çox yaxın yerdə. Çoxsaylı bıçaq yaraları var idi, qan çox itirdiyindən xəstəxanaya çatmadan keçinib. Başınız sağ olsun.

    İkinci polis dedi:

    • Xanım, siz onun anasısınız?
  • Bəli.

  • Bir iki sual verəcəyik.

  • Qadın huşunu itirdi. Ayılanda gördü ki, iki polis artıq evin içindədir.

    • Oğlunuzun düşməni vardı? Kiminləsə dava etmişdi? Üstündə nə götürmüşdü?
  • Oğlum savadlı, ağıllı, mədəni uşaq idi. Heç kimlə ədavəti olmazdı. Düşmənləri də yox idi, hamı ilə yola gedərdi. Dava etməzdi. Hamı onun xətrini çox istəyirdi. Üstündə… Bu gün bacısının ad günü idi. 100 manat vermişdim.

  • Axtarışlar zamanı üzərindən pul çıxmadı. Amma oğurluq halına oxşamır. Onu öncə yamanca döyüblər, sonra isə bir neçə yerindən bıçaqlayıblar.

  • Aman Allahım… Bunu kim edə bilərdi? Oğlum bu gün işə düzələcəkdi, bacısına tort və hədiyyə alacaqdı.

  • Bunu eşidən bacısı qorxusundan ağlayırdı.Dayısı onu qucaqlayıb sakitləşdirməyə çalışırdı.

    Şahidlər var, bunu kimlərin etdiyini bilirik. Amma sizin oğlunuzun onlarla nə söhbəti ola bilərdi, o müəmmalıdır. O məhlənin «baş qaqaş» adlı kriminal lotusu ilə üzləşibmiş. Şahidlərin dediyinə görə onlar arasında nəsə pul söhbəti olub. Bundan xəbəriniz var?

    • Yox. Nə pul söhbəti.
  • Biz də onu araşdırıb tapmağa çalışırıq. Hal-hazırda onları axtarışa vermişik.

  • Polis bölməsində. Cinayət işində şübhəli bilinən şəxslərlə üzləşmə zamanı.

    • Axı, niyə? De niyə? Niyə öldürdün oğlumu?
  • O mənə borclu idi. Qaytarmırdı. Öldürmədim. Sadəcə başa saldırdım ki, borcu qaytarmaq lazımdır. O başa düşmürdü, 3 ay idi, şans istəyirdi. Mənə şans yox, pulum lazım idi.

  • Əclaflar. Ən ağır cəza almağınız, həbsxanada gəbərməyiniz üçün əlimdən gələn hər şeyi edəcəyəm. Lazım gəlsə, özüm öldürəcəyəm sizi. Cəmiyyətə sizin kimi artıqlar lazım deyil.

  • Məhkəmə zalında:

    Hökm  oxunmamışdan öncə cinayətdə təqsirli bilinənlərə verilən son söz zamanı:

    • Etdiyim əməldən peşmanam. Cavanam. Dövlətimdən bir şans daha istəyirəm. Bizi bağışlayın.

     

     

     

    Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

    Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

    %d такие блоггеры, как: