İttihamlar yenə də… (esse) 18.02.03

Yenə də hər şey tarix kimi təkrarlanır… İttihamlar yenə də eşidilir, səsləndirilməyə başlanılır… Yeni ittihamlar köhnə ittihaları əvəz edir, sanki məqsəd və arzulardır… Yenə də onlar bizim yaddaşımıza həkk edilir, məcburi olaraq adi adət saydığımız və artıq sevməyə başladığımız sözlərə çevrilir. Hara getsən, hər yerdə səslənir ittihamlar. İşdə, evdə, dostlar lan məclisdə, yolda, ictimai nəqliyyatda.Продолжить чтение «İttihamlar yenə də… (esse) 18.02.03»

Ваша оценка:

Bir az ruhum üşüyür

Bir az ruhum üşüyür, İnsanların əlindən Payız fəsli bir yandan Məni yaman üşüdür… Bir az ruhum üşüyür, Qansız varlıq olsa da Ruhumu üşüməkdən Çətin ki, mən qoruyam… Bir az ruhum üşüyür, Beynim qızıbdır ancaq, Ürəyimə qan getmir, Bir az dayansın o da…

Ваша оценка:

Bakı «kayf» tutur…

Yaz, payız, qış aylarında küçələrdə selləmədir, palçıqdı, Bakı öz kefindədir. Bir yandan uzanan hündür binalar, boş qalmış mənzillər, bir yandan alçaq, gecəqondularda məskunlaşan sakinlər, başlarına uçurulan daxmalar… Bakı kayf tutur hələ… Gecəsi, gündüzü məmurlar analoqsuz kəşflər edir ki, cibləri dolsun, balaları maşınla adam vurub əhalinin sayını azaldır. Bakının heç vecinə deyil, keyfdədir. Bir yandan villalar,Продолжить чтение «Bakı «kayf» tutur…»

Ваша оценка:

Tələsirik

Foto: Nəriman Ismayilov Tələsirik. Elə hey tələsirik. Yaşamağa… Gecikməməyə… Ayrılmağa… Yazmağa, Danışmağa… Qınamağa… Mübahisə etməyə, İttihama… Sualı dinləmədən, Cavablandırmağa… Bəzən isə yersiz susmağa… Qaçmağa… Tələsməyə səbəb tapmadıqda, ölməyə tələsirik ən pis halda…

Ваша оценка:

Milliləşmiş «Ok»lər (satirik, yumoristik)

Hər xarici sözü özəlləşdirməyi, milliləşdirməyi bacarırıq. OK daha çox milliləşmiş və milli mənalar əldə etmişdir. Məna və göndərdiyi ismarıclar: 1. Bəli. Dəfələrlə təkrar edilərsə, «baş üstə». 2. Baxarıq, ola bilsin, bəlkə də. Təkrarlanarsa, «xətdə qal». 3. Qəmiş olma. Təkrarlanarsa, «di, qırıl». 4. Çalışaram, amma söz vermirəm. Ən pis halda, «di yaxşı». 5. Hə. Təkrarlanarsa, «sənПродолжить чтение «Milliləşmiş «Ok»lər (satirik, yumoristik)»

Ваша оценка:

Geyimlə qarşıla, geyimsiz yola sal… 18+ (psixoloji təhlil)

Şərqin, cənubun qərbdən, şimaldan ən böyük fərqi: -İnsanları geyimlə qarşılayıb, geyimsiz yola salmaq niyyətimiz iyrənc həddədir. Hər bir hərəkət, söz bir ismarıcdır. Seçdiyin geyim belə… Geyim tək zövü deyil, xarakteri də göstərir. Ən əsası jest, mimika, təbəssüm, gülüş, baxış, söz, hərəkət kimi bir ismarıc ötürür. Bəzi insanlar bilərəkdən bu ismarıcları ötürür və ötürdükləri ismarıcların mənasınıПродолжить чтение «Geyimlə qarşıla, geyimsiz yola sal… 18+ (psixoloji təhlil)»

Ваша оценка:

O, kimdir?! İnsanları tanımaq sənəti… (publisistik, psixoloji yazı)

İnsanın sağlamlığı və kimliyi haqqında məlumatı onun ev və işində soyuducudakı ərzaq və kitab rəfindəki kitablar, musiqi seçimi verir. Bəzi istisnalar var, onu da ünsiyyət və müşahidə, təhlil yolu ilə üzə çıxarmaq mümkündür. Növbəti yazım bu haqdadır. İnsanlar oxşar olduqları qədər fərqlidirlər. Oxşar seçim və zövqləri olsa belə… Bəzən bir neçə fərqli və oxşar seçimПродолжить чтение «O, kimdir?! İnsanları tanımaq sənəti… (publisistik, psixoloji yazı)»

Ваша оценка:

Mən… Gedirəm…

Sənə son məktubumu yazıram. Ən ağırı sevərkən sevdiyini tərk etmək, ayrılmaqdı, sevərkən sevdiyinin getməsinə mane olmamaq, dayandırmamaqdı. Mən gedirəm. Vidalaşmadan. Gedirəm ki, xoş xatirələrim qalsın. Gedirəm ki, sənsiz səni sevməyə davam edim. Gedirəm ki, səni seçim önündə qoymayın. Gedirəm ki, məni unutmaq asan olsun. Gedirəm ki, getmək lazımdır. Tək seçim getməkdir. Gedirəm ki, sağ qalım,Продолжить чтение «Mən… Gedirəm…»

Ваша оценка:

İnsan sevərkən

Bir əlini uzat mənə, Çək özünə tərəf Əlimdən tutsan əgər, buraxma bir də… Üz-üzə dayanaq, Baxışlarımız danışsın Susaraq… Bir əlinlə saçıma sığal çək, Sonra qoy başımı çiyninə Sahib çıx mənə… Qucaqla, buraxma, Sıx məni özünə, Sevirsənsə, qoyma gedim Bu axşam öz təkliyimə…

Ваша оценка:

Mənəm

Peşman olmaq yerinə Əzab, həsrət çəkənəm. Yazı yazmaq istərkən, Sükunəti seçənəm. Mən ağlamaq yerinə Çox gülməyə başladım, Güldükcə, göz yaşımı Ürəyimə axıtdım… Mən itkiyə sevinib Qazancımı gözləyən Risklərini görərək Addımlayan insanam…

Ваша оценка:

«Cəsarət və həqiqət»in hədəfində-Günel Fərhadqızı

Cəsarət və həqiqət Özünüzü cəsarətli və səmimi birisi hesab edirsiniz? Suala cavabınız müsbətdirsə, suallara cavab verərkən cəsarətli və səmimi olmalısınız. Hazırsınızsa, başlayaq. Cəsarət:      1. Cəsarətinizin dayanacağı son məntəqə, ən cəsarətli addımınız nə ola bilər? Məncə, cəsarətin son məntəqəsi, dayanacağı ölüm ola bilər. Baxır kimin üçün və nəyə görə, necə, harada ölürsən. İctimai yerdəПродолжить чтение ««Cəsarət və həqiqət»in hədəfində-Günel Fərhadqızı»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi-Tamilla Qulami

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Oxşarlığımızın kimsəyə bənzəməməsində. 2. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Tabe özü zaman istəyir. 3. Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir? Güvən+sevgi. 4. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Həyatda təsadüfi heç nə yoxdu. 5. Sonrakı peşmançılıqda fayda varmı? Peşmançılıq haqda heç düşünmək istəmirəm 6. Sizin üçün ən uğurluПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi-Tamilla Qulami»

Ваша оценка:

Если вы в процессе стирки добавите этот ингредиент, то от пятен не останется и следа! Проверено на себе, шикарный способ!

чень часто случается так, что даже дорогие пятновыводители не справляются с пятнами на ваших любимых вещах. Но выход все-таки есть! Весь секрет в добавлении натуральных ингредиентов в процессе стирки, что поможет справиться с загрязнением любой сложности. Главные преимущества их использования — доступность, эффективность и низкий риск испортить ткань. Возьмите себе на заметку! Основной метод борьбыПродолжить чтение «Если вы в процессе стирки добавите этот ингредиент, то от пятен не останется и следа! Проверено на себе, шикарный способ!»

Ваша оценка:

Как избавиться от зубного камня

ТЕБЕ ПОНАДОБИТСЯ: соль вода перекись водорода зубная щетка ополаскиватель для рта чашка зубная нить Шаг первый Смешай одну столовую ложку соды с 1/2 чайной ложки соли. Макни зубную щетку в воду и почисти зубы полученной смесью в течение 30 секунд. Шаг второй Смешай 100 г воды и 100 г перекиси водорода. Этой смесью прополощи ротПродолжить чтение «Как избавиться от зубного камня»

Ваша оценка:

«15 sual, 15 cavab» müsahibə layihəsi-Günel Fərhadqızı

Foto: Vüsal Mürsəlov Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Oxşarlıqlar çox olduğundan fərqliliklər seçilir. Dərhal gözə dəyir, hətta gözə gəlir. Bu isə yaxşı hal deyil, çünki oxşar olanlar fərqli olanları sevməzlər. Fərqli olanlar isə oxşar olmaq istəməzlər. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Zaman mənə, insanlara tabe deyil. Ən yaxşı halda, zamanla ayaqlaşmaq vəПродолжить чтение ««15 sual, 15 cavab» müsahibə layihəsi-Günel Fərhadqızı»

Ваша оценка:

Sevgilinizə əks cinsin nümayəndəsi girişsə, nə edərsiniz?

a) Sevgilimi dəyişərəm. b) Əks cinsin nümayəndəsinə söz soxaram ki, «mənlikdi». c) Seçim və qərar vermə hüququnu sevgilimə verərəm. d) Zarafata salıb, bunu özümə dərd, problem etmərəm. e) Qısqanıb əks cinsin nümayəndəsini cəzalandırar, duelə çağıraram. ə) Ssenari yazıb potensial rəqibin torbasını tikərəm. f) Potensial rəqiblə dostlaşıb, onu özümə yaxın buraxaram ki, sonra ona başqa potensialПродолжить чтение «Sevgilinizə əks cinsin nümayəndəsi girişsə, nə edərsiniz?»

Ваша оценка:

«15 sual, 15 cavab» müsahibə layihəsi-Elnur Gözəlov

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?  Fərqlilikləri yalnız gülüşdə görmək olar… Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Mən zamana tabeyəm. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir? Mənim üçün uğur düsturu…U(uğur)=A(Ailə)*İ(İş). Sizcə təsadüflər zəruriyyətdən doğurmu?  Qismən hə. 50-nin 50-yə… Təsadüflər zəruriyyətdən doğur. Sonrakı peşmançılıqda fayda varmı? Son peşmanlıq nəyə yarar, hər şeyin bədəli var, olmadıПродолжить чтение ««15 sual, 15 cavab» müsahibə layihəsi-Elnur Gözəlov»

Ваша оценка:

«15 sual, 15 cavab» müsahibə layihəsi- Könül Eldar qızı

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Fərqlilik mənim özümdədir… Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Bir-birimizi yola veririk… Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir? Ailə, elm və ümumi menada sevgi uğurun düsturudur menimçün. Sonrakı uğurlar bu sadaladıqlarımın nəticəsində əldə olunur. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Zərurətlər kimi təsadüflərə də inanıram və şahid də olmuşam.Продолжить чтение ««15 sual, 15 cavab» müsahibə layihəsi- Könül Eldar qızı»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi – Maya Quliyeva

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Təkrarı az olan, insanın özünə məxsus olan cəhətləridir. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Baxır anına. Elə vaxt olur ki, mən zamana tabe oluram,amma zamanın da mənə tabe olduğu zamanlar olur. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir? Uğur- insanın doğulduğu andan var olan ətrafıdı. Sizcə təsadüflər zəruriyyətdənПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi – Maya Quliyeva»

Ваша оценка:

Eşqə düşmək

Bilirsənmi, dostum, nədir eşqə düşmək?! Necə olur eşqin düşməsi canına?! Günəş çıxır, İstidir hava, Birdən leysan, yağış yağır, Sənsə yüngül geyinmisən, Təpədən dırnağadək islanmısan… Eşqə düşmək, Evdə yatdığın yerdə Gecə zəlzələdən, səsdən oyanmaqdı… Eşqə düşmək, Qaçdığın yerdə, ayağının büdrəyib yıxılmaqdı… Eşqə düşmək, Yolu düz keçərkən, yük maşını tərəfindən vurularaq səkiyə atılmaqdı… Dağ başına, zirvəyə çıxdığındaПродолжить чтение «Eşqə düşmək»

Ваша оценка:

Mən insanları tanıyıram…

Mən insanları tanıyıram, Yoldakı dilənçilərdən betər, Dilənir insanlardan… Mən insanları tanıyıram, Yası düşmüşlərdən betər, «mərsiyə»siz ağlayar… Mən insanları tanıyıram, Beynini idarə edir Bir ət parçası, cinsi orqanı… Mən insanları tanıyıram, Düşüncəsizlikdir düşüncəsi, ƏI-ayaq işlədir söz yerinə… Mən insanları tanıyıram, Nəfəsi də yalandan gedib gəlir… Mən insanları tanıyıram, Gecələri yatmaz, paxıllıqdan, Yazar ssenari, çıxar min oyundan…Продолжить чтение «Mən insanları tanıyıram…»

Ваша оценка:

Şükür edin…

Ey valideynlər, Üzümü tuturam Sizə, hər dəfə bezəndən övladınızdan, hirslənib döyməmişdən, söyməmişdən öncə, Şükür edin ki, övladınız var… Unutmayın, Nə qədər öldürülmüş, Müharibə qurbanı, Ac qalmış, dilənən uşaq var… Nə qədər sonsuz, uşağını itirmiş, Övlad həsrəti çəkən, övladından ayrılmış Ata, ana var… Nə qədər ölümlə çabalaşan, Xəstəxanadan çıxa bilməyən Övlad var… Nə qədər zorlanan, sınmış övladПродолжить чтение «Şükür edin…»

Ваша оценка:

Oha…

Bir hallar olur mənə, Aqressiyam yoxa çıxıb… Kədərim də ərşə çəkilib… Oha… O qədər gülürəm ki, Dəli sanırlar məni… Gülməyə səbəbləri Tapıram səbəbsizlikdən… Oha… Söyüş söymürəm daha… Kobudluqdan uzağam, İçimdən keçən ancaq, Gülmək, sevinməkdir… Oha… Deyəsən, sevirəm, Deyəsən, dəyişirəm, Deyəsən, xoşbəxtəm… Bəlkə bir az yavaşlayım?! Göz dəyər birdən…

Ваша оценка:

Sevdiyin zaman…

Eh, sən sevdiyin zaman- Nə gözünə görünür başqa insanlar, Nə hiss edirsən zamanın ötməyini… Nə vecinə alırsan kimin nə deməyini… Eh, sevdiyin zaman- Üərk döyüntülərini eşidirsən Hər toxunduğunda damarlarına, Kürəyinin, sinəsinin sol küncünə… Eh, sevdiyin zaman- Gülməyin də fərqli olur, Ağlamağın da… Rəngi, dadı dəyişir sevincinin, Kədərinin… Darıxmağın da bir cür olur… Sevdiyin zaman… SevərəkПродолжить чтение «Sevdiyin zaman…»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi – Sevinc Şabanova

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Sərhədləri qıra bilmək, yenilik etmək, monoton həyatı kənara qoyub, özün istədiyin kimi yaşamaq ətraf «nə deyər?!» deyə düşünməmək. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Bəzən ikimiz də bir birimizə tabe oluruq. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir? Öyrənmək, yenilik axtarışında olmaq, məsuliyyət, görəcəyin işi sevərək görmək. SizcəПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi – Sevinc Şabanova»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi – Sadiq Qurbanzadə

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Buddizmə görə yer üzərində gəzən hər kəs bir * qəhrəmandır * . Yeniliyə açıq düşüncələr bizi fərqli edir. Həmçinində işimizin qəhrəmanı. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Zaman öz işində . Mən öz işimdə. Belə çoxda problemimiz olmur . Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir? Elmi +Продолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi – Sadiq Qurbanzadə»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi – Pərviz Məmmədyarov

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Şablondan çıxan. Adidən kiçik də olsa, üstün olacaq hər bir şey fərqlilikdir mənim üçün. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Mən kosmik fəzada yaşamıram. Ya da ki, işıq sürətilə hərəkət etmirəm ki, zaman mənə tabe olsun.  E=mc^2 bu sürətə aiddir. O zaman zaman məfhumu fərqli ola bilir. BuПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi – Pərviz Məmmədyarov»

Ваша оценка:

Canlı efsane Leonid Kuravlev 81 yaşında

Originally posted on vasifayan:
8 oktyabr. Bu gün Sovet kinosunun canlı efsanelerinden sayılan, men de sevimli aktyorlarımdan olan, çox istedadlı aktyor Leonid Kuravlevin 81 yaşı tamam olur. Kuravlev «Живёт такой парень», «Золотой телёнок», «Гори, гори, моя звезда», «Начало», «Иван Васильевич меняет профессию», «Семнадцать мгновений весны», «Афоня», «Не может быть», «Мимино», «Живите в радости», «Место встречи…

Ваша оценка:

Kuravlevin meşhur impovizesi

Originally posted on vasifayan:
Demeli, Kuravlev hemişe filmlerde impovize etmeyi sevib. Qaydayın «İvan Vasilyeviç peşesini deyişir» filminin çekilişleri zamanı, orda bir sehne var, Kuravlevin qehremanı oğurluğa gelende, kassadan pulları götürür ve deyir: «Граждане, храните деньги в сберегательной кассе. Если они, конечно, у вас есть.» Eslinde burda bir cümle işlenmeli idi. «Граждане, храните деньги в сберегательной…

Ваша оценка:

«Ölsem,bağışla…» filminin Gulyası — Gülzar Qurbanova ile görüş

Originally posted on vasifayan:
«Ölsem, bağışla…» filminin Gulyası — gözel ve istedadlı aktrisa Gülzar Qurbanova ve bendeniz Vasif Ayan. Bu gün onunla tanış olub, uzun-uzun senetden, kinodan, kitablardan danışmaq esl medeniyyet hadisesi idi menim üçün. Gülzar xanım neyinki tekce istedadlı aktrisadır, hemde inanılmaz derecede semimi, savadlı bir xanımdır. Onunla maraqlı müzakirelerimiz olacaq inşallah çox yaxında…

Ваша оценка:

Masaj ve Seks ayrı-ayrı şeylerdi abi

Originally posted on vasifayan:
Masaj salonunda gizli çekiliş edib müxbir. Soruşub ki, «xidmetleriniz neden ibaretdir?». Adminstrator qadın da cavab verir ki: «Önce sizi masaj edeceyik, sonra filan şey, sonra behman şey, növbeti saatda ise masaj eden xanım sizi hamama salacaq, çimizdirecek…» Allah evini tiksin, day açıq-açığına de ki, intim xidmet gösterilecek», ya da loru dilde…

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi – Aynur Qurbanova

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Fərqlilikləri oxşar olmayan hər şeydə görürəm. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Zaman mənə tabedir. Çünki mən hər gün zamanımı bölüb ona uyğun işləyirəm. Günün sonunda isə mütləq nəticəm olmalıdır. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir? Uğur = Plan×zəhmət×nəticə hansısa biri 0 -dırsa, deməli, hamısı 0-dır. SizcəПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi – Aynur Qurbanova»

Ваша оценка:

Gedirəm ki, qayıdım… (qısa hekayə)

Mən gedirəm. Bağışla. Hara? Nə vaxt qayıdacaqsan? Özümə gedirəm. Mənə vaxt lazımdır. Gedirəm ki, qayıdım. Gözlə məni… Sən qayıdanda, mən olmayacağam. Get, yolun açıq olsun. Niyə harda olacaqsan ki? Əbəs yerə gözləməyi və aldanmağı sevmirəm. Səndən sonra mən də gedəcəyəm. Getməyə səbəblərim var. Səbəblər bitsin, dönəcəyəm. Sən getmə… Bilirsən, ayrılanda səbəb axtaranlar var ha, onlar çoxПродолжить чтение «Gedirəm ki, qayıdım… (qısa hekayə)»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi – Anar Mirzəliyev

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Oxşarlığın olmamağında. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Zaman bizi gozləmir, amma biz gozləməyə məcbur oluruq. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir? Stimul Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Xeyr. Sonrakı peşmançılıqda fayda varmı? Əlbəttə ki, YOX! Sizin üçün ən uğurlu sərmayə nədir? Mənim üçün mənim dostlarım, mənə səmimiПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi – Anar Mirzəliyev»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi – Kubra Məhərrəmova

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Hamımız eyniyik. Sadəcə özümüzü fərqli deyə təqdim edirik. Bir bezin qırağı. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Biz zamana tabeyik. Amma zamanı daha ləzzətli yaşaya bilərik. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?  Uğurun düsturunu bilmirəm. Bilsəydim 40.000 avtomobil idarə edərdim ))) Sizcə təsadüflər zəruriyyətdən doğurmu?  Təsadüfi heçПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi – Kubra Məhərrəmova»

Ваша оценка:

Bizdə gizli sevərlər

Bizdə gizli sevərlər. Sevgilər belə gizlənər İnsanlar gizlədər sevdiyini Hər kəsdən, hətta sevgilisindən… Bizdə sevənləri, sevgini sevməz insanlar… Sevgi qıcıq doğurar onlarda… Ana belə gizli sevər övladını Dilinə gətirməz, qudurar birdən Ər gizlədər sevgisini xanımından Gizli sevər məşuqəni, məşuqunu Bizdə insanlar… Öpüşlər də gizli olar, qucaqlaşmalar da Kimsə duymasın, bilməsin, görməsin Gizli qalmalıdır sevgilər… GizliПродолжить чтение «Bizdə gizli sevərlər»

Ваша оценка:

Yeni həyata başladım

Yeni həyata başladım Sənlə yox, başqa biri ilə… Dəyişmişəm, ilk saçlarım düşdü yadıma, Vidalaşdım, rəngini dəyişdim… Uzun saçlarıma dedim «ƏLVİDA». Yeni həyata başladım, 4 il sonra, tənhalığıma etdim xəyanət. Birisini buraxdım içimdəki dünyama, Sevgiyə şans verdim evimə gəlsin qonaq Açdım qapımı. Daha güləndə gözlərim də gülür, Kədər yoxdur gözlərimdə… Keçmişimi silib atdım Zibilliyə, üstünə odПродолжить чтение «Yeni həyata başladım»

Ваша оценка:

O…

O… O, ilk növbədə dostun olacaq… Dost olduğunuz zaman səmimi olacaqsan onunla… Həyatını danışacaqsan… Kimlər olub həyatında, kimlər olmayıb, biləcək… Səhvlərini eşidəcək, qınamayacaq… Darıxacaqsan onun üçün… Hər görüşdə danışarkən, rahatlıq tapacaqsan… Zarafatlarından geri qalmayıb güləcək, o güldüksə, sən də qatılacaqsan gülüşünə… Hər görüşdə əllərindən tutmaq, başını çiyninə qoymaq üçün tələsəcəksən… Səni olduğu kimi qəbul edəcək,Продолжить чтение «O…»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi — Sevinc Xan qızı Süleymanova

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Mənə görə fərqlilik özünəməxsusluqdur. Özü kimi olan insanları sevirəm. Cəmiyyətə xoş olsun deyə onun kuklasına çevrilən, öz mənafeyi üçün şəxsi fikrini, mənliyini satan insanlarla doludur ətrafımız. Fərqlilik gözəldir, elə hamını olduğu kimi tanımaq, qəbul etmək və sevmək lazımdır  🙂 Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Zaman mənə tabedirПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi — Sevinc Xan qızı Süleymanova»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi- Tural İsmayılov

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Məncə varlıq özü elə fərqliliklər sintezidir. Fərqliliyi sənlə məndə görürəm, təbiətdəki daşla torpaqda görürəm, yoxluqla həyat arasında görürəm. Geniş və əhatəli şeydir fərqlilik məfhumu. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Zaman daha genişdir, sonsuzdur, əvvəli, sonu bilinmir, bu baxımdan zaman mənə tabe ola bilməz. İnsan isə zaman tabeПродолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi- Tural İsmayılov»

Ваша оценка:

“15 sual, 15 cavab” müsahibə layihəsi- Ruslan Oğuz Nadir

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Oxşarlıqlar xarici də ola bilər,  daxili də. Fərqliliklər isə insanlar daxil hər bir canlıya məxsusdur. Məsələn, sən zamana və məkana baxmadan içindən gəldiyi kimi davrana bilirsən, özün ola bilirsən. Bu səni hər kəsdən fərqləndirir. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Hələ ki, zamanla bərabər irəliləyirəm. Nə tabe oluram,Продолжить чтение «“15 sual, 15 cavab” müsahibə layihəsi- Ruslan Oğuz Nadir»

Ваша оценка:

Sadiq insan — Sadiq Elyer

Onu ilk dəfə tələbə yoldaşım Mirmehdinin «Bir gün səbr elə» kitabının təqdimatında gördüm. Gördüyüm andan cəlb etdi. Pozitivliyi, zarafatı və sərbəst və fərqli geyim tərzi ilə. Daha sonra ədəbi tədbirlərdə tez-tez rastlaşdıq. Mən onu müşahidə etdikcə, o da məni müşahidə edirmiş. 3-4 tədbiri belə məsafədən baxışmaqla yola verdik. Növbəti tədbirdə salamlaşdıq. Sonrakı tədbirdə şəkil çəkdirməyə,Продолжить чтение «Sadiq insan — Sadiq Elyer»

Ваша оценка:

Sən kimi öldürmüsən?! (qısa hekayə)

Həbsxanada qadınlardan ibarət psixoloji etibar dərnəyində moderator iştirakçılara sual verir: Sən kimi öldürmüsən? Ərimi,bir gün məni içkili vəziyyətdə elə döymüşdü ki, xəstəxanaya ağır vəziyyətdə çatdırmışdılar. Xəstəxanadan bir həftədən sonra çıxdım. Həmin axşam ərim məni yenidən döyməyə başladı. Ayağı qalxıb onu divara doğrubərk itələdim. Başı divara dəydi, Başını əlləri ilə tutdu, qanamışdı. Ayağa qalxacağından və məniПродолжить чтение «Sən kimi öldürmüsən?! (qısa hekayə)»

Ваша оценка:

Stəkandakı su fəlsəfəsi

İnsanlar da həyatını stəkandakı su fəlsəfəsi kimi yaşayır. Kimi dolmuş, tam, kimi yarımçıq, çatışmazlıqlarla… Kənardan baxırsan insanlara, kimisinin həyat sətkanı boş, dolduran yoxdur, ya da özü boşaltmış… Kimisinin stəkanında su yarıya qədərdir, yarısı dolu, yarısı boş, qızıl ortaqlıq… Onlar tarazı olurlar, nə bitirirlər, nə tam doldurmağa çalışırlar, aşıb daşmasın deyə… Ya da tam doludur, aşıbПродолжить чтение «Stəkandakı su fəlsəfəsi»

Ваша оценка:

Qadın dəyişərsə…

Qadın dəyişərsə, səbəbi var, Səbəbsiz dəyişməz özünü qadın… Qadın dəyişərsə, ilk özündən başlayar… Zahiri görkəmi, xarakterindən… İLk saçlarına atar əlini, Kəsərək saçlarını, Qısaldar «ömrünü» yaşadığının sonra dəyişər rəngini Rənglər tez-tez dəyişir, Axtarar hər rəngdə özünü… Gah qaraldar, gah saraldar, Gah qırmızı olar qısalmış saçlar… Qadın dəyişərsə, sözündən başlar… Ya susar, susduqca, qapanar özünə… Ya daПродолжить чтение «Qadın dəyişərsə…»

Ваша оценка:

Uşaq kimiyəm

Bilirsən, uşaq kimiyəm İstəyirəm nazımı çəkəsən, Xətrimə dəyəndə könlümü alasan… Qucaqlayıb öpəsən vaxtaşırı Üzümə gülüb güldürəsən… Uşaq kimiyəm, dolmuşam, Bir səbəb axtarıram ağlamağa… Uşaq kimiyəm, tez bağlanıram, Özgələri çəkmir məni, qoru onlardan… Uşaq kimiyəm, qayğısız, məsum Sevinməyə səbəb tapıb içdən gülən…. Uşaq kimiyəm, oyananda, hər anımda Səni axtarıram yanımda, nə olar, Getmə, axı uşaq kimisənПродолжить чтение «Uşaq kimiyəm»

Ваша оценка:

«15 sual, 15 cavab» müsahibə layihəsi-Fərid Azəri

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Fərqliliklər oxşarlığa tərs mütənasib olanlardır. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Zamana tabeçilik insanın iradəsi ilə tənzimlənmir. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir? Cəhd, iradə, zəhmət nəticə. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Zərurət baş verməsi qaçılmaz olan, təsadüf gözlənilmədən yaşanandır. Sonrakı peşmançılıqda fayda varmı? Əlbəttə. Hər insanın səhviniПродолжить чтение ««15 sual, 15 cavab» müsahibə layihəsi-Fərid Azəri»

Ваша оценка:

«15 sual, 15 cavab» müsahibə layihəsi- Haqqı Sayqılı

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz? Farklılıklar hayatın rengidir. Bu yüzden insanlar genellikle farklılıklara odaklanır 2 amaçla: Ya dizginleyemediği egosu ve hırslarını tahrik veya teskin etmek ya da “özünü” doğru yola koymak için. Farklılıklar bu yönden çok kıymetlidir benim için. Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Bazen ben ona, bazen de o bana. AmaПродолжить чтение ««15 sual, 15 cavab» müsahibə layihəsi- Haqqı Sayqılı»

Ваша оценка: