“15 sual, 15 cavab” müsahibə layihəsi — Sevinc Xan qızı Süleymanova

Sevinc 3

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?

Mənə görə fərqlilik özünəməxsusluqdur. Özü kimi olan insanları sevirəm. Cəmiyyətə xoş olsun deyə onun kuklasına çevrilən, öz mənafeyi üçün şəxsi fikrini, mənliyini satan insanlarla doludur ətrafımız. Fərqlilik gözəldir, elə hamını olduğu kimi tanımaq, qəbul etmək və sevmək lazımdır  🙂

  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Zaman mənə tabedir demək istərdim, hətta həyat tərzimin bu olmasını istərdim. Amma əfsus olsun ki, həyatımın 3 ilini zamana qurban verdim. Zamanı geri qaytara bilməsəm də, 3 ilin yaşana biləcəklərini reallaşdırmağa çalışıram. Hazırda zaman mənə tabedir.

  1. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?

İstəmək, istəmək və həqiqətən hər şeydən çox istəmək. Bir şeyi həqiqətən istəyirsənsə, iradənlə, gücünlə hər şeyə nail ola bilərsən. Əks halda, ya hələ də nə istədiyini bilmirsən, ya da həqiqətən istəməmisən.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Bəli, tamamilə razıyam. Həyatım o qədər möcüzələrlə doludur ki. Ümumiyyətlə,möcüzələrə inanan insanam. Ya da inanmağı çox istəyirəm, ən ümidsiz zamanda belə. Həyatımdakı hadisələr bir-biri ilə o qədər sıx bağlıdır ki, deyirəm kaş bu olmayaydı, baxıram o olmasa onunla paralel basqa bir şey də olmayacaqdı. O hadisə digərinə vəsilə olub. Həqiqətən təsadüf deyil, sanki İlahi möcüzədir, hər şey zəncirvari qurulub bizim üçün. Heç nə təsadüfi baş vermir, 1 ay, lap 1 il sonra belə görürsən ki, mütləq nəyəsə görə baş verib. Hətta pis təcrübə olsa belə, o olmazsa başqa bir sahədə uğur qazana bilməzdin.

  1. Sonrakı peşmançılıqda fayda varmı?

Dediyim kimi o qədər həyatım bir-birinə bağlı hadisələrlə zəncirvari davam edir ki, nəyəsə peşiman ola bilmirəm. Baxır peşmançılığı hansı vıziyyətdə çəkirsən, vaxtında, yoxsa çox çox sonra) Qəbahətin böyükdürsə, heç bir halda faydası olmayacaq, amma əsaslı səbəblərlə dilinin bəlasına düşübsə, hardasa peşmandırsa, bağışlamaq lazımdır. 1 dəfə olmaq şərtilə, çünki ikincisi səhv yox, xəta olacaq, daha sonra isə seçim.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Yaxşı pulum olarsa, Uşaq Əyləncə Mərkəzinə yatırım edərdim.

  1. Neçə il tənha yaşaya bilərsiniz?

Hərdən elə gəlir ki, məni düzgün anlayacaq biri olmayacaqsa, ömrümün sonunadək tənha yaşamalıyam. Varlığı ilə yoxluğu bilinməyən birinin olmasındansa, tənhalıq yaxşıdır. Bəlkə də 26 ildir yaşadığım kifayətdir  😉

  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Bir gerçəyin üzə çıxması riskinə. Bilsəm ki, itirəcəyəm, yenə də ən ağrıdan həqiqəti duymaq istəmişəm. Başqa elə də böyük risklər etməyi sevmirəm. Hə, bir də itirəcəyəmmi bilmirəm, amma risk edib yaşadığım ölkəni dəyişmişəm.

  1. İntihar etsəniz, səbəbi nə olar?

Çoxluq içərisində boşluğum…

  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Həqiqət olanda daha cəsarətli olursan.

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Hər halda cəsarətli olmaq daha yaxşıdır, amma mən həqiqətlərlə daha xoşbəxtəm,bir az da cəsarətdən əskik qalaq)

  1. İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Məni anlamadılar…

  1. Bu ifadəni tamamlayın: Yaşım qədər…

Yalan danışmamışam…

  1. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Nədənsə çox adam yerimdə olmaq istəyir. Ya da kənardan dəhşətli xoşbəxt görünürəm. Nə deyim, hamı yerində gözəldir.

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Özüm də gəncəm. Hər halda mənim çevrəm daha çox oxuyan və gəzib görən insanlardır və dostlarımla fəxr edirəm. Digər gənclərə demək istərdim ki, nə qədər ki, varsınız vaxtınızı, enerjinizi və əməyinizi boş insanlar üçün xərcləməyin. Özünüzü dəyərli görün, faydalı işlərlə məşğul olun, özünüzü inkişaf etdirin. Həyatda məqsədiniz olsun, yüksəlmək barədə düşünün, ən əsası real yaşayın əzizlərim, bircə həftə uzaqlaşın o virtual dünyadan, görün kənarda necə gözəl bir həyat var. Gəncliyi doya-doya yaşayaq. Sevək-sevilək, dünyamızı gözəlləşdirək.