Heyvanxana (təmsil)

Biz heyvanların yaşadığı yerə heyvanxana deyilir, bu ferma da ola bilər, həyət də, zoopark da, sirk də, ev də, qoruq, yasaqlıq, meşə də…
Harda biz xoşbəxtik ora bizim evimizdir, əslində…
İnsanlar da bizim kimi canlı olsalar da, bunu bir çox insanlar unutmuşdu. Amma hamısı belə deyil. Elə insanlar var ki, özlərini sevməklə yanaşı, təbiəti, digər canlıları da sevir. Vardır onlar, sayları az olsa da.
Belə bir insanlar heyvanlardan qorxmur, heyvanlara hörmət edir, diqqət və sevgi göstərir, onlar ilə maraqlanırlar.
Birisi bizim həyat tərzi, problemlərimizi şəkil və video süjetlər, birisi onları görüb, yazmaqla insanların diqqətinə çatdırır.
Bir nəfər var, dənizdə, dağda, meşədə, qoruqda, zooparkda olub, heyvanları müşahidə edib, onlardan qorxmayıb, ən vəhşisindən belə…
İnsanlar, bilirsiniz, biz heyvanların xətrinə necə dəyirsiniz?!
Bir-birinizi təhqir edəndə, söyəndə, ona heyvan deyirsiniz, heyvan adları ilə əzizləyir, aşağılayır, neqativ nəsə görəndə heyvanlara bağlayırsınız. Bəs, biz heyvanları sizi necə görürük, ey insanlar, ali heyvan?!
Bizə görə siz insanlar təbiəti sevmir, bəyənmir, uzaqlaşmısınız. Təbii görkəm, gözəlliyinizi abır-həya adı ilə paltarla örtürsünüz. Bahalı paltarlar, heyvan dərisindən gödəkcələr, tüklər, kürklər. Öz istək və süni görkəm, gözəlliyiniz naminə ağacı kəsməkdən, meşəni yandırmaqdsn, dənizi çirkıəndirmək, hava və suya, torpağa tullantı atıb ətraf mühiti korlamaq, təbiəti yaralamaq, yemək xətrinə heyvanları öldürməkdən, ovlamaqdan çəkinməyək təhlükəli canlısınız.
Bizə görə siz Ali varlıq, heyvan olmaqla məhv etmək üçün yaranmısınız, digər canlıların düşmənisiniz. Sizin qəlbinizdə sevgi və mərhət yoxdur. Sizin ağlınızda sağlam düşüncə yoxdur. Sadəcə nəfs var, doymayan nəfs.
Sizin iki əks qütbdə olan hissləriniz- sevginiz və nifrətinizdə belə heyvanlar var. Sevərkən quzu, dovşan, şir, canavar, cücə, nifrət edərkən dana, öküz, ayı, donuz, ya da ki, orta ifadələr sadəcə «sən adam deyilsən, heyvansan» ifadəsindəki ittiham. Bax, biz sizə nə pislik etmişik axı?
Yaxşı, dəbdəbəli həyatınız, eviniz, mebeliniz üçün hansısa heyvanın evi olan ağacı, bir çox heyvanların evi olan meşəni kütləvi şəkildə qırırsınız.
Yol çəkmək üçün balıqların və digər suda yaşayanların evləri olan su məkanlarını qurudur, dağları deşirsiniz. Nə qədər heyvan didərgin düşür. Təbiət yaralanır bu müdaxilənizlə. Çox vacibdir bunu etmək?
Öz əyləncəniz və maariflənməniz üçün bizi ovlayıb yeyir, villa və bağ evlərinizdə qəfəsə salır, qoruq və yasaqlıq, zoopark adlı həbsxanaya atırsınız. Bu da sizə az gəlir. Qulluq etmirsiniz bizə. Vaxtında yedirtmir, içirtmir, çimizdirmirsiniz, qoxumuzdan cin hürkür, ürək bulanır. Altımızı batıranda təmizləmirsiniz, zooparkda kim nə istəyir verir yeməyə, şükür edirik, elə bil ki, acından qırılan bomjlarıq, zooparkda yaşayan heyvan yox. Balaca daxma və qəfəs verirsiniz ki, yaşayaq. İnsanlar bizi rahat buraxmayanda, əsəblərimizlə oynayanda onları kənarlaşdırmırsınız. Biz acizik önünüzdə, bizə görə məsuliyyət daşıyırsınız axı?! Baxa bilmirsiniz, buraxın gedək ev eşiyimizə.
Alıb evinizdə saxlayırsınız. Amma unudursunuz ki, biz də canlıyıq, sizin kimi. Ya yemək vermirsiniz, ya su, ya hirsli vaxtınızda üstümüzə qışqırır, təpikləyirsiniz, ya da övladınızın əylənməsi üçün ona hədiyyə edib gününüzü qara edir, onun bizə işgəncə verərək, incidərək oynamasına ya göz yumursunuz, ya da bununla fəxr edib gülürsünüz. Biz sizin övladınıza bunu edərdikmi? Yox, çünki bizim də övladımız var.
Fermada bizə lap pis baxırlar bəzən. Ferma sahibinin hansı birimizə işi düşür, ona yaxşı baxır, qalanları sağ qalmaq üçün gərək öz başını girləsin.
Hələ sirki demirəm. Böyük və kiçik insanlar sevinsin, əylənsin deyə, bizim təbiətimizi dəyişən, əhliləşdirən insanlar məcbur edir ki, o dediklərini edək, yoxsa bizə yemək verən olmaz. İşləməyən dişləməz.
Hələ bizim haqqımızda çəkilən film və gülüş hədəfinə çevirən cizgi filmlərini demirəm. Biz axı belə deyilik.
Vallah insan olan yerdə heyvan olmaq da bir şey deyil.
Bir insan olsaydı, dilimizi bilsəydi, dinləsəydi şikayətimizi, yazsaydı, bəlkə nəsə yaxşılığa doğru dəyişərdi.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: