Rahibənin etirafı… 18+ (hekayə)

«Adım Mariyadı. Rahibə olmuşam. Özümü tanımaq üçün insanların içində olmaq qərarına gələn gündən şəhərdə kirayə ev tutdum. İş axtarmağa başladım. Dini təhsil aldığımdan işim də şəhərdəki kilsədə idi. Həftəsonları və bayram günləri bura çox adam gəlir. Bir yandan yaxşıdır. Şəhər böyük şəhərdir. Bu şəhər və şəhərin hissəsi üçün gələnlərin sayı ümumilikdə az hesab edilə bilər. Bu isə pisdir. İnsanlar dindən uzaqlaşırlar. Ya da ki, kilsəyə gəlməyə vaxtları olmur. Madiyyat öz əsirinə çevirib insanları. Maddiyyat insanlara mənəviyyatını, ağlını, ürəyini, ruhunu unutdurub.Şəhərə gələrkən, söz vermişdim ki, məzuniyyət vaxtı, ya da imkan tapan kimi çıxdığım monastıra gələcəyəm. Orada hər kəsi çox sevirəm. Pak qalıb orada insanlar. İnsanları müqayisə edəndə, şəhər insanlarının necə dəyişdiyini anlamaq çətin deyildir. Şəhərin yaşam ritmi də sürətlidir.

Bir gün kilsədəki yığıncaqdan sonra şəhərdə gəzişmək qərarına gəldim. Yolboyu düşünürdüm.

Bu gün həm də maaş almışdım. Maaşımın bir hissəsini xeyriyyəyə sərf etməyi sevirdim.

Monastırda olanda bizə müqəddəs ata və rahib qardaşlarımız deyərdi ki, «insanlara əl uzatmaq, kömək etmək lazımdır».

Meqapolisə köçəndə isə anladım ki:

«İnsana bir əl uzadarsan, ya ondan bərk tutar, ya da onu kəsər… İnsanlara pulunu göstərərsən, ya bir azını istəyər, ya cibinə girib hamısını oğrulayar.»

Hava artıq qaralmışdı. Yolda bir qadının küncə sıxılaraq ağladığını gördüm. Yarlüt idi, döyülmüşdü. Onu bu vəziyyətdə qoya bilmədim. Xəstəxanaya apardım. Polisə aparmağıma etiraz etdi. İnad etmədim. Sonra kirayə tutduğum evə gətirdim. O gündən bir-birimizə sığındıq. O əvvəl qaldığı evdən paltarlarını, əşyalarını yığıb köçdü evimizə. Onunla dostlaşmışdıq. Həyatda çox çətinlik, əzab və pis insanlar gördüyünü söyləmişdi. Danışmağı sevməzdi, verdiyim sualları cavabsız qoyardı. Həyatından bəzən şikayət etsə də, tam açılmadığını, nələrisə gizlətdiyini hiss edirdim. Zamana buraxmışdım. İstədiyi zaman açılar, danışar.

O, işləyirdi. Mən işdən evə gələndə onu evdə görmürdüm. Nə işlədiyini bilmirdim. Axşam növbəsində işlədiyini düşünürdüm. Səhər mən işə gedəndə, o yatardı. Bir evdə yaşasaq da, bir-birimizi az görürdük. Otaqlarımız ayrı idi. bunu o istəmişdi.

Həmişə deyərdi ki, «Həyat onu dəyişib, pis insandır. Onun kim oldğunu bilsəm, evdən qovar, dostluq etmərəm.»

Çox maraqlı insan idi. Üzü gülməzdi, baxışlarında kədər vardı. Ona dəfələrlə demişdim ki, kilsəyə getsin. Orada gələn hər kəsə kömək edirlər. İmtina etmişdi ki, «Mənim günahlarım o qədər çoxdur ki, mənim ora girməyim yeni bir günah olar. Məni ora buraxmazlar».

O qədər sirli idi ki. Bayramları belə qeyd etmirdi. Ad günü və bayramlar onun üçün sıradan bir gün idi. Hər gününü eyni yaşayırdı, sıradan.

Ona kömək edə bilmədiyim üçün özümü günahkar hesab edir, vicdan əzabı çəkirdim. Üzüldüyüm görəndə, deyərdi ki, «Bacı üzülmə, sən ki, mənə yaşamağa yer verdin, çörəyini, suyunu mənimlə böldün, o nəyə desən deyər. İnsanlar böyük şəhərlərdə daha tez böyüyər, böyüdükcə, insanlığını itirərlər. Həyat və böyük şəhərlər səni böyütməsin. Böyüməyə çalışma.»

Bir gün ilk qarımız yağanda şəhərə gəzməyə çıxdım, hava artıq qaralmışdı. Onu küçədə gördüm. Geyimi yüngül idi, üşüyürdü. Qar yağmağa davam edirdi. Onu bir kənara çəkib, isti kofe içmək üçün kafeyə dəvət etmək istədim. İmtina etdi. Dedi ki, «Öyrəşib, yayın istisinə də, qışın soyuğuna da. Ona yazığım gəlməsin. Ona qarşı çxo mərhəmətli olmayım.»

O, dəfələrlə onun iş yerinə gəlmək istəyimə, ona kömək etmək niyyətimə inadkarlıqla rədd cavabı verirdi.

Bir dəfə demişdi ki, hansı şəhərdən gəlib. Oğlunu anasının yanına qoyub bura köçüb ki, xəstə anasını və məktəbyaşlı oğlunu yaşada bilsin. Hər ay onlara pul göndərirdi.

Hər səhər onun ağlayaraq yuxuya getdiyini eşidirdim. Otaqlarımız eyni olsa da, ağladığını bilirdim. Bir dəfə demişdi ki, işindən yorulub. Amma başqa çarəsi yoxdur, çünki təhsil almayıb. Orta məktəbi belə bitirə bilməyib. Çünki məktəbdən yarımçıq çıxmalı olub. Bir dəfə oölunun yaşını öyrənəndə, dəhşətə gəldim. Alina oğluna 15 yaşında hamilə qalmışdı. Buna görə də onu orta məktəbdən qovmuşdular.

O, öz həyatını axarına buraxmışdı. Bu məni üzməyə bilməzdi.

Bir gün qapımız döyüldü. Alina o gün evə gəlməmişdi. Qapını açanda polisləri gördüm. Məndən xahiş etdilər ki, onlarla polis bölməsinə yaxınlaşım.  Polis bölməsində dedilər ki, Alinanı bu gün amansızcasına qətlə yetiriblər. Onun cəsədini tanımaq lazımdır.

Onun meyidini polislər şəhərimizdəki kiçik meşəlikdə tapmışdılar, polislər deyəndə bildim ki, Alina fahişə imiş.

O, susdu. Mənsə, soruşmadım. Soruşmadıqca. ona kömək edə bilmədim. Onu xilas edə bilmədim. Onun ruhu fahişə deyildi.»

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: