Axtarıram

Sığınmağa, gizlənməyə, unudulmağa, baxışlarımı gizlətməyə yer axtarıram.
Kimsə olmasın özümdən başqa…

Özümə bəlli olacaq getməyə və geri dönməyə yol axtarıram. Kimsə izləməsin, kimsə tapmasın, kimsə gəlməsin getdiyim yerə…

Sükunətimi pozmamaq üçün sözlərimi, fikirlərimi, xatirələrimi atamağa yer axtarıram. Beynimə yük olubdur onlar. Çəkə bilmirəm…

Özümü axtarıram özümdə, özgəsində tapan deyiləm özümü… Özümü özüm itirmişəm, özüm də tapmalıyam…

Sevgi axtarıram itirməmək üçün… Ən böyük və bitməz qorxular sevgidən başlayar. Qorxmaz olmaqdan bezirəm bəzən… Qorxularım olsun, sevgidən başlasın…

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: