Uşaq məktubu (esse)

Mən uşağam. Çox adam iddia edir ki, uşaqlar böyük işlərinə qarışmamalıdırlar. Məktub yazmaq da böyüklərin işidir. Uşaqlar məktub yazmamalıdır. Onlar isə yazırlar, aşkar, ya da gizlin.

Uşaqlar çox zaman ən saf sevgiləri ilə ən səmimi və saf məktublarını yazarlar.

Kimisi yoxsul ailədə doğulduğu üçün valideynlərinin ala bilməyəcəklərini şaxta babaya yazaraq ondan istəyir.

Uşaq evində böyüyən uşaq isə Allaha məktub yazıb balışınln altına qoyar, ondan valideynlərini və ailəni istəyər.

Xəstəxanada çarəsiz xəstəlikdən yatan uşaq valideynlərinə son məktubunu yazıb onları sevdiyini bildirər, həkimə isə ölmək deyil, yaşamaq istədiyini yazar.

Kimisi gizli sevgi məktubunu yazıb kitab arasında gizlədərək sevdiyi insana ötürər. İmzasız, adsız.

Kimisi küçədə dilənərək taleyinə məktub yazıb, ondan varlı himayədar, çoxlu pul istəyər. Kimisi sadəcə tək bu gün üçün bir dilim çörək, bir qurtum su istəməklə, buna şükr edər.

Kimisi ünvansız məktub yazıb diqqət, qayğı, anlayış, mərhəmət, sevgi istəyər.

Kimisi sadəcə bir məktub yazar hər bayramda, ad günündə, göstərər ki, sevir, unutmur doğmalarını.

Ən kiçik məktublar açıqcalarda olar. Bir, iki kəlmə sözdə ən böyük sevgilər yaşayar, toxunar, ən qalın qəlbin divarlarına.

Kimisi məktub yazıb əfv istəyər, azadlığa can ataraq.

Uşaqların məktubları ən məsum, ən gerçək, həyatın içindən olar. Anlayana, bir də onları oxuyana.

Məktub yazmaq böyüklərin işi deyil. Uşaq yaşlarından yazılmalıdır məktublar.

Bilirsinizmi, mən məktub olsaydım, gecikməzdim ünvana. Axı hər anın öz hökmü var…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: