Gəldim, deyim ki… (Günel Mövluda nəzirə)

Gəldim, deyim ki, dinləyəsən məni…
Son sözlərimiz, son görüşümüzdür bəlkə…
Gəldim, deyim ki, sənin üçün bitmiş fikir,
mürəkkəb cümləyəm, çətin anlayasan məni…
Bitmiş fikirlər sondur, qayıtmır geriyə,
Mürəkkəb cümlələri anlamaz hər kəs…
Gəldim deyim ki, mənim üçün kimsən?!
Niyə gəlmişdim, niyə gedirəm?!
Səni adam etmək deyil məqsədim,
Dəyişdirmədim səni, dedim ki, biləsən…
Gəldim, deyim ki, susmağı seçmişəm,
Susuramsa, bil ki, bitmişdir sevgim,
Mübarizə aparmaqda yoxdur məna…
Gəldim, deyim ki, başqa qadınlar var,
Sevgiyə, diqqətə, qayğıya möhtac,
Alınmadı bizimki səninlə, bu da belə…
Gəldim, deyim ki, dediklərimin hamısı
Doğrunun içində gizlənmiş yalandır bəlkə…
Səni hələ də çox sevirəm,
Məni buraxma…
Gəldim, deyəsən ki,
«Getmə, bağışla, səni sevirəm,
sən mənimsən…»