Həyatımın təsviri

Darıxmağımın bir rəngi var,
Məsum rəngsizlik…
Təkliyimin bir sübutu var,
El içində gülmək böhranı,
Xoşbəxtlik enerjisi,
Evdə doyunca ağlamaq,
Yuxuya getməmişdən öncə
Azacıq şərab içmək,
Öskürdəcək siqareti çəkmək,
Ölümü diləmək özümə…
Dəliliyin bir təsviri var,
Dua edirəm, təsəllisiylə,
Özümlə danışmaq…
O qədər xoşbəxtəm ki,
Paxıllıq edir mənə
Bəzi insanlar, bilmirəm, nəyimə?!