Ucuz fahişələr… +18

Featured Image -- 22090

Olan hadisəni danışacağam.

Bizdə baş verir… Əslində, bu mövzu barədə danışmışam, yazmışam. Amma indi tam gözümlə gördüyümü yazacağam.

Dostlarla o məkana getmişdik. Dostumuzun ad gününü qeyd edirdik. Məkanın adını reklam və qara PR olmasın deyə yazmıram.

Turizmin inkişaf etməsinin başlanması ilə fahişəliyimiz də inkişaf etməyə başladı. Ən ucuz fahişələrin belə tələbləri, qiymətləri qalxdı, bizimkiləri bəyənməyib xariciləri seçdilər. Hələ bəziləri xidmət göstərdikləri xariciləri sevdilər, onları özlərinin daimi müştərisi etdilər.

Eyni məkana 2 dəfə gedib, eynisini və davamı gördükdə, anladım ki, ən ucuz fahişə belə özünü yuxarıdan tutub. Təsvir edim hansı fahişələri deyirəm: Süni şişirtmə, plastik gözəlliyi (eybəcərliyi), ifrat makiyajı, ucuz və dəhşətli, hürküdücü ətri, cəlbedici geyimi (geyinməzsə, ondan yaxşıdır) ilə ancaq küçədə qalan və bir zamanlar 20 manata özünü gecələri kişilərin altına atan, kişiləri altına atanlar…

Xaricilər də bir neçə qrupa bölünür. Avropadan gələnlər sivil, mədəni, ziyalı turistlərdir, iranlılar ailələri ilə gəldikləri üçün başlarını aşağı salmalı olurlar. Ərəblər isə təhsil, iş, qonaq, biznes adı ilə bura turist kimi gələnlərin arasında özlərini ictimai yerdə apara bilməyənlər var. Bu cür ərəblər adətən aşağı və ya orta sosial durumu olanlardır.

Mən onları qınamıram. Ola bilsin, bizim kişilər onların hərtərəfli tələbatını ödəmir, ucuzlaşdırır, ona görə də ərəblərə və digər xarici turistlərə xidmətlərini təklif edirlər.

Ərəblər artıq küçədə tutur onları. Üzlərinə baxan kimi tanıyırlar, seçirlər, çox zaman da yanılmırlar. Burada təcrübəli olublar, ya da ki, üzdən hamısını tanıyırlar.

Bu cür fahişələri qınamıram.

Sadəcə bir qadın kimi gördüyüm mənzərə məni dəhşətə gətirir. Bir qızımız (fahişə görkəmi olan, fahişə) hansısa ictimai məkana, restoran, kafeyə girən kimi dərhal 4-5 nəfərlik ərəb ordusu yığışır başına, başlanır qiymət müzakirə edilməyə. Hansı yaxşı qiymət deyərsə, qız onundur və ya onunladır.

Fahişələrin qaydaları var. Sevdikləri, daimi müştərisi hesab etdikləri birisini hansısa məclisə dəvət etmirlərsə, o kənardan müşahidə edir, isterika qopardır, ağlayır ki, müştərisi əldən çıxır, başqası ilə əylənir. Bir məsələni unudurlar ki, bu həmin ərəblərdir ki, hərəmxanaya malikdirlər, qadına seks obyekti və qul kimi yanaşırlar.

Bir yandan onlarla razılığa gəlmək üçün xarici dil öyrənirlər, bir yandan bu dil biliyini tərcüməçi, təmsilçi, gidlik üçün deyil, məhz fahişəlik üçün istifadə etmələri bir ayrı dərddir.

Hələ müştərini bölüşdürə bilməyəndə axan göz yaşları, ucuz kosmetikadan makiyajın yayılması mənzərəsi çıxır ortalığa.

Qorunmadan fiziki yaxınlıq xəstəlik mənbəyi, hamiləlik, abort edilmiş uşaqlar deməkdi. Xəstəliklər yayılır, atasız böyüyən yarı xarici övladların sayı artır, qadının problemləri çoxalır, abort isə sonsuzluğa səbəb olur. Gənc qızlarımızın özünü belə bədbəxt etməsi cəmiyyət üçün, gələcək üçün təhlükə yaratmır?

Məncə, düşünməyə dəyər…

Один ответ на “Ucuz fahişələr… +18

Обсуждение закрыто.