Jak Prever. Sənin üçün, sevgilim. Səhər yeməyi.

Əli Novruzovun bloqu

Fransız dilindən tərcümə

Sənin üçün, sevgilim

Getdim quş bazarına,
sənə quş aldım,
sevgilim.

Getdim gül bazarına,
sənə gül aldım,
sevgilim.

Getdim dəmir bazarına,
qandal aldım,
ağır qandal,
sənin üçün,
sevgilim.

Getdim qul bazarına,
səni axtardım,
amma tapmadım,
mənim sevgilim.

Pour toi, mon amour

***

Səhər yeməyi

Qəhvə süzdü
fincana
Südü tökdü
qəhvəyə
Şəkər qatdı
südlü qəhvəyə
Qarışdırdı
kiçik qaşıqla
İçdi südlü qəhvəni
Qoydu yerə fincanı
Mənimlə danışmadan
Yandırdı
bir siqaret
Üfürdü
tüstüsünü
Külü çırpdı
küldana
Mənimlə danışmadan.
Mənə baxmadan.
Ayağa qalxdı
Qoydu
papağını başına
Geydi
plaşını əyninə
Çünki yağış yağırdı
Və getdi
Yağışda
Bir söz demədən
Mənə baxmadan
Və mən başımı
aldım ovcuma
Və tökdüm
göz yaşımı.

Déjeuner du matin

View original post