Meyvələrin söhbəti — XXI əsr (təmsil, novella, Azər Qismət ilə həmmüəllif)

Məhəmməd Füzulinin ruhuna ehtiramla

I hissə: Almaların söhbəti

Bazarda iki alma söhbət edir:

Xarici alma:

  • Nə gündəsən, səni ancaq yoxsullar alır, o da hərdən, pulu olanda, ya da evinə kimsə qonaq gələndə, ayda bir dəfə evə ailəsi üçün. Qurdlarını demirəm hələ. Qurdlusan. Görkəmindən cin hürkər. Əzik, ləkəli. Üzünü nə qədər yusalar da, düzələn, gözəlləşən deyilsən. Dərin qırışıb.
  • Nə olsun ki. Məndə olan xeyir, vitamin və minerallar, təbiilik səndə yoxdur. Sən sünisən. Süni şişirdilmişsən. Gözəlliyin də sünidir. Heç bir xeyrin yoxdur.
  • Buna kimdir baxan. Sən o qədər ucuz düşürmüsən ki, özünü, yenə də o qiymətə səni alan olmur. Məni isə ancaq varlılar alır. Mənim qiymətimə baxan yoxdur. Ən yüksək qiymət qoysalar belə, yenə də müştəri cəlb edə bilirəm, mənə tələbat var. Sənə isə yox. Hələ məndən gələn bahalı və təravətli qoxunu demirəm. Görkəmim sağlamdır.
  • Səni qınamıram, günah səndə deyil, səni qiymətə mindirən, süni görkəmə və təbii olmayan, şişirdilmiş görkəmə aldanan, seçən insanlardadır.
  • Paxıllıq edirsən. yerimə olmaq istəyirsən, ola bilmirsən. Quruyub qaxaca çevrilirsən, görürlər ki, sata bilmirlər, doğrayıb qurudurlar səni. Sonra da qurumuş halda səni satırlar. Qurdların o qədər çoxdur ki, dərini belə deşib çıxırlar üzə. Bir qurdunu görən insan səndən hürkür. Mən isə həmişə seçilmişəm, fərqliyəm, sənin kimi deyiləm, sıradan deyiləm. Gəl, bir dəfə də olsa, haqlı yanaş, düşün. Niyə məni satan satıcı daha çox qazanır, çünki o məni və digər xarici meyvə və tərəvəzləri satır, xüsusi varlı müştəriləri var, qiymətinə baxmadan alırlar. Səni satan satıcı isə yerli məhsul satır, orta və ucuz qiymətə alan yoxdur. Alanlar da yoxsullardı, bir kilodan çox almırlar. Qəpik-quruş qazandırırsınız ona. Hələ alanlar qiymətdən anrazı qalıb endirməyə, qiymətini öldürməyə çalışırlar. Niyə susursan? Özün yaxşı bilirsən ki, haqlıyam.

II hissə: Rəqabət və paxıllıq

Narla heyva kənardan bu mənzərəni izləyirdilər. Birdən nar dözməyib dilləndi:

  • Ey xarici alma, Sən Qubada keçirilən alma festivalında iştirak etmirsən, süfrələri bəzəmirsən. Elə xarici narı belə seçmirlər. Bilirsən, xaricilər özlərinin süni meyvə və tərəvəzlərindən beziblər, bölgələrə üz tutan kimi elə ilk işləri yerli bazara gəlib yerli meyvə və tərəvəzləri almaqdır. Hələ hər birimizə bir festival keçirilir bir şəhərdə. Heç məndəki dad, görkəm, cəlbedicilik sənin qırmızı süni görkəmində, dadında yoxdur. Sənin xarici görkəmin var, özünü xarici brend elan edibsən, qiymətini süni qaldırmısan, bir də ki, daşınma-nəqliyyat xərclərin, yolda köhnəlməməyin, çox qalmağın və «sağlam görünüşün» üçün vurulan iynələri demirəm. Odur ki, mən olan yerdə sus. Məhz bu festivallar sayəsində turizm şirkətləri turlar təşkil edir, yarmarkalar təşkil edilir. Hələ bayramlarda satılan meyvə və tərəvəzi demirəm. Yerli kənd təsərrüfatına dövlətin ayırdığı diqqət və dəstəyi maliyyəni demirəm. Odur ki, barı sən sus.

Heyva:

  • Düz deyirsən, Nar, çox qudurub bu xarici süniləşmiş canlılar. Canlıya da oxşamırlar. O qədər tərifləyirlər ki, özlərini, özlərini kənardan görmürlər. Yazıq görkəmləri var. Bizi xaricilər alır, bizi yerli camaat alır. Bizi sevirlər. Bizi xeyrimizə və vitamin və minerralarımıza görə ağlı başında olanlar, sağlamlığının qeydinə qalanlar alır. Səni isə xarici görkəm dəliləri, bir də harınlamış insanlar alır evə çeki gətirəndə, qonaqların gözünə nəsə soxa bilsin. Nə mənim, nə Narın, nə də xurmanın dublikatı, gözəl dadı, xeyri siz xaricilərdə var. Hərəmiz bir rəngdə, bir görkəmdə. Lap göz oxşayırıq.

Xurma da dialoqa qoşuldu:

  • Sən, ey xarici süni meymunça, səninləyəm eee. Sus, səni laboratoriyaya təhlil üçün versək, nələr çıxar, bilirsən?
  • Elə bilirsən, orada olmamışam. Olmuşam. Sadəcə məni bura gətirən adamın arxası böyükdür, sözü keçir, mənim ölkədə satışıma razılıq əldə edilib. Səni narahat etməsin. Siz hamınız gedin, öz dərdinizə qalın.
  • Səndə o qədər sünilik və zəhər var ki, səni ancaq ağlı olmayan və özünü göstərən adamlar ala bilər. Səni çəkiylə yox, ədədlə ala bilərlər. Bizi isə çəkiylə.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

2 комментария на “Meyvələrin söhbəti — XXI əsr (təmsil, novella, Azər Qismət ilə həmmüəllif)

Комментарии запрещены.

%d такие блоггеры, как: