Birisinə olan sevgimiz

Birisinə olan sevgimiz çəkdiyimiz ən bahalı siqaret, içdiyimiz ən bahalı şampan şərabı kimidir. Xoş günümüzdə əldə etməyə imkanlarımız var, dar günümüzdə onu əldə etməyə son pulumuzu xərcləyirik, vaz keçə bilmirik hər iki halda…
Birisinə olan sevgimiz ən pis vərdişimizdən psixoloji asılılığımız kimidir. Ondan vaz keçdikdə, darıxırıq, vaz keçmədikdə, canımıza, səhhətimizə ziyandır.
Birisinə olan sevgimiz təbiətin fəsilləri kimidir, dəyişkən…
Birisinə olan sevgimiz həyata münasibətimiz kimidir, gah yaşamaq istəyirik, ona sıx bağlanaraq, gah da dibə düşüb ölmək..

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: