Burda məni nə saxlayır…

Son zamanlar tez-tez düşünürəm,
Burada məni nə saxlayır?
Vətən kəlməsi, azsaylı səmimi dostlar
Onlar da çıxıb gedir bu ölkədən…
Burada məni nə saxlayır?
İş, qura bilmədiyim karyera,
Bahalaşan qiymətin önündə məvacibimin məbləği?
Axtarıb tapa bilmədiyim yeni iş?
Ya məni sevdiklərini iddia edən kişilər?
Yox, burda məni saxlayan atamdı,
Bir də vətənsiz darıxmaq, həsrət çəkmək…
Burada məni saxlamır savadsız həkimlər, qoyduqları yalançı diaqnoz, ölüm hökmü…
Təhsilimizi silən kadrlar, biliksiz, ağılsız gələcək…
Məni sevdiyim kişi də saxlamır…
Bəlkə onu unutmaq üçün həm də qaçıram burdan…
Bəlkə ondan qaçıram… Bilirəm ki, həqiqət budur, dəyişməzdir…
Məni sevmir o… Başqası var həyatında…
Bitsin oyunu, yalanı…
Kəskin ürək, baş ağrısı, dilim qanımın dadına baxır…
Gedərkən, bəlkə hər hal üçün vidalaşım sizinlə?
Səhvimi düzəltmək istəyirəm…
Küsülü qalmaq istəməzdim…
Kimin xətrinə dəymişəmsə, bağışlasın…
Diriykən, sağkən sevdiyini, əzizini ölü adıyla basdırmaq ağır yükdür, çıxmaq olmur altından…
Gedirəm, son dəfə qızımın ətrini çəksin ciyərlərim, saçına, yanağına toxunsun əllərim, dodağım öpsün incə əl, üz, alın və gözlərini… Bir də ki, bərk qucaqlayım… O qədər darıxmışam ki…
Ölümün iyini tuturam uzaqdan, addımlarının səsi gəlir…
Ağacdələn, sən bilərsən, həkimlərdənsə, nə qədər vaxtım var?!
Məni burada saxlaya bilərdi bircə cümlə, onu da eşitmək qismət olmadı: «Günel, səni sevirəm, getmə, qal»

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: