Tək qalanlar

Tək qalmaqdan əvvəl çox qorxardım. İndi özümlə maraqlı vaxt keçirdirəm. Hələ maraqlı kəşflər edirəm özümlə bağlı. Niyə qorxum ki, tək qalmaqdan…

Tək qalan insanların itki qorxusu da olmaz. Onlar itirə-itirə gəlir qazandıqca, sıraviləşir itkilər gözlərində…

Tək qalan insanlar yalan və xəyanətdən də qorxmazlar. Çünki insanların iç üzü və təbiətinə bələddirlər. Bunu gözləyirlər ən doğmalarından. Bəlkə də, məhz buna görə özüylə tək qalmağı seçirlər.

Tək qalan insanların zaman bəzən dostu olar, bəzən düşməni. Gün qısa olanda, yeyib yatar, gün uzun olanda, vaxtını doldurmağa bir məşğuliyyət tapar. Vaxtı çox olanda da, az olanda da, şikayət edər. Az olanda, işlərini çatdıra bilmədiyinə görə, çox olduğu zaman o qədər vaxtı nə edəcəyini bilmədiyi üçün…

Tək qalan insanlar aynadan da qorxmazlar. Hər dəfə o aynaya baxanda özünü görməyə adət etdiklərindən. Aynada zamanın izlərini görərlər, özündəki dəyişikliyi kəşf edərlər hər baxdığında…

Tək qalan insanların bir qorxusu var, kimsə həyatına girər, təkliyini alar əlindən, həyatını, plan, xəyal, arzularını dəyişər, alt-üst edər cızıb qaraladığını… Nə qova bilər, nə yanında saxlaya bilər, nə də nə etməli olduğunu bilər başqası girdiyində…

Tək insanların ən böyük dostu da, düşməni də özü olar. Özü bilər öz güclü və zəif tərəflərini… Bilər harada tərifləsin özünü, harada tənqid edib danlasın, harada zirvəyə qaldırsın, harada vurub yıxsın yerə…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: