Niyə məhz fahişəlik? +18

Mənim kimi insan uyğun maaşa iş tapmağa çətinlik çəkirsə, başqaları nə etsin?

Fahişələri qınamıram. Qiymətlər bahalaşır, ən azı özlərinə görə yaşamaq üçün pul qazanmaq lazımdır.

Xarici dil bilən fahişələr daha çox qazanır, bunu şəxsən özüm müşahidə etmişəm. Maraqlı olan tərəfi odur ki, məhz fahişəlik üçün xarici dil öyrənmək dəb halını alıb. Demək ki, ən asan əldə olunan və qane edici gəlir gətirən iş məhz fahişəlikdir.

Turizmi inkişaf etdirmək istəyiriksə, fahişəlik leqallaşdırılmalıdır. Həm tibb məntəqələri, apteklər qazanar, həm büdcə vergilərin, cərimələrin hesabına alternativ gəlir mənbəyi əldə edər, həm də yeni iş yerləri açılar, həm cinsi yolla yayılan xəstəliklərin, abortların sayı azalar, kişilər seks zamanı qorunmağın vacib olduğunu dərk edər. Gəlin, nişanlı, sevgili, məşuqə, həyat yoldaşı da bilər ki, qırılmış kişini harada axtarıb tapsın. Fahişələrimiz də küçələrdə kişi — müştəri ovuna çıxmaz, artıq bilərik ki, kim fahişədir.

İndiki zamanda boşanmaların sayı artıbsa, bakirəliyin qorunması önəmli deyilsə, hər boşanan qadına, tək yaşayan qadına «civi» və ya «tutacağım gəlin» kimi yanaşılırsa, gizli fahişəliyin olması danışlmazdır.

Fahişə fahişəlik edirsə, bu iş qədimi və ictimai xidmət növüdürsə, niyə gizlin olmalıdır?

İndi onlarla bir yolda gedirik, eyni yerdəı oturub dincəlirik, bəlkə dostluq edirik, hələ bizə əxlaq dərsi, ağıl öyrədir, yaşamağın doğru yollarını göstərir, maskalanır, əlçatmaz qadın kimi özünü dartır, hələ sənə əxlaqsız damğası vurur, özü isə ailəli olub hansısa qadınla, kişiylə, evli kişiylə mazaqlaşır, sevişir, kişini saxlayır, ya da kişi onu saxlayır. Belə baxanda, cəhənnəmə ki, özləri bilər. Alan razı, verən razı. Yaxşı bəs bu qədər fahişəmiz varsa, bu qədər yaxşı qazanırlarsa, bunu iş hesab edirsə, niyə dövlətə vergi verməsin? Verməlidir! Niyə tibbi xidmətdən istifadə etmədən gələcək nəsli cari və yeni xəstəliklərə yoluxdurmalıdır? Niyə hələ sadəlövh və saf gəncləri xaricdə yaxşı iş var bəhanəsiylə, ölkədən çıxardıb fahişəliyə cəlb etməli, onu aldatmalı, satmalıdır? Özünü satır, özü bilər, niyə bəs bunu təbliğ etməli və daha çox adamı özü kimi fahişə etməlidir?!

Ona görə də fahişəlik qanuniləşdirilməlidir. Bilək ki, kim kimdir, hardadılar, bizim kimi qazandıqlarından vergi ödəyirlər, xəstəlik daşımırlar.

Gizli və gözlənilməz, növbədənkənar ictimai yerlərin, eləcə də saat və gün ilə evini kirayəyə verənlərin yoxlanması olsa, reyd keçirilsə, nə qədər məsələnin, cinayətin üstü açılar, vergidən yayınmadan tutmuş, fahişəliyə cəlb etmək,  insan alverinə qədər cinayətlər, insanların etibarından sui istifadə və s. Hələ fahişələrin yaş həddinin azaldığını nəzərə alsaq, pedofiliya…

Hələ onların xidmətlərinin xarici valyuta ilə olması Milli valyuta ilə əməliyyat aparılması ilə bağlı qanunvericiliyi pozur, yəni ki, xüsusi icazə olmadan xarici valyuta ilə alqı-satqı aparmaq olmaz.

Cərimələrin məbləği yüksək, cəzalar sərt olarsa, gizli fəaliyyət kimin üçünsə stimul ola bilməz.

Bu cür fahişələri gizlədən, yayan şəxslərə qarşı cinayət işinin açılması da gizli olanı aşkar etməyə kömək edər.

Daha massaj salonu, sauna, hamam, motel, model agentliyi  adıyla gizli fahişəlik xidmətləri göstərilməz.

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: