Dəyişdim…

Dəyişdim…
Bir az…
Çox deyil…
Özüm üçün…
Özümə lazım olan qədər…
Dəyişdim…
Özümü aldatmaqdan imtina etdim…
Həyatımı dəyişdim…
Özümə daha çox aşiqəm indi…
Zirvədən enmərəm daha…
Nə də ki, kimisə görürəm yanımda…
Sevgilim var, o da ki, özüməm…
Başqa kiməsə güvənmirəm…
Qınama məni…
Güzgüdəki simama baxıb
Danışıram, dinləyir məni susana qədər…
Dəyişdim…
Söz demədən…
Dalaşmadan…
İttiham etmədən…
Getdim…
Vida sözlərini belə demədim…
Bu dəfə son idi…
Sonların sonu…
Özümlə qalmağın başlanğıcı…
Başqa kişi?
Yox, sənə qədər yox idi kişiyə ehtiyacım…
Bundan sonra da olmaz…
Özüm özümə yetirəm…
Vida kəliməsi gəlmir dilimə…
Göz yaşlarım axmır daha yanaqlarıma…
Xoşbəxtəm…
Qayıtma geri…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: