Həyatdan…

Sükunəti pozar təbiətin səsi, bir də pıçıltılar…
Hüzuru pozar kiminsə göz yaşları…
Bir qapıda vağzalı səsi, bir qapıda dava, boşanma havası…
Təzadlı dilemma önündə qalıb gənclər…
Bir, iki, üç addım, gah önə, gah geriyə, gah sağa, sola…
Görəsən, gedirlər hara, bilir mi onlar?!
Parkda tənha ananın qucağında yuxuya getmiş körpə, gəzir o yana, bu yana…
Qarşı tərəfdən sevgili gənclər baxır onlara, bəs əri hanı?
Min bir suallar…
Gənc qızın arzusu, toy, ailə, uşaq təhsil almaq, işləmək yerinə…
Gənc oğlanın arzusu tənha qadını ələ almaq… Siyahısına düşəcək daha bir qadın…
Dostların əhatəsində gənc qız, zarafat, gülüş səsləri,
Qoca insanların narazılığı…
Bir də sahibsiz küçə heyvanları, skamyada uzanmış, yuxuya dalmış evsizlər, kimsəsizlər…
Bir uşağın əlində kitab, anasına nəql edir oxuduğunu…
Sonra baxır, soruşur: Ana, hansı doğrudur? Kitabda yazılanlar, yoxsa reallıq?

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: