Getmədiyim səfər və zərər…

Mənim hansısa işim alınsa, mənim o gün gərək sevindiyimdən ürəyim partlasın, ölüm.
Bu gün baş verən hadisəyə görə kimi məhkəməyə verim. Qızımı görmək üçün dostların verdiyi 650 manatı ödəməliyəm, özü də ki, uçmadığım halda.
1. Heç vaxt online bilet, turizm və ya vasitəçi şirkətlərdən bilet almayın, aviaşirkətin özünün saytından onlayn sifariş verin. Əks halda, nə bileti ləğv edə, nə vaxtını dəyişə, nə pulunu qaytara biləcəksiniz.
2. Bilet sifariş etməmişdən öncə Din saytına girib ölkədən çıxışla bağlı qadağanın olub olmamasını dəqiqləşdirin. Əgər sizin xəbəriniz olmazsa belə hansısa 20 manatlıq borca görə belə məhkəmə qərarı varsa, ölkədən çıxa bilməyəcəksiniz. Biletiniz yanacaq, pul batacaq, kimsə kompensasiya etməyəcək. Mediada verilən keçid Elektron höküməton saytınadır. O keçiddə yoxladığım və stopun olmadığını dəqiqləşdirdiyim halda, məlum oldu ki, stop var, Yasamal rayonu polis idarəsi məni axtarışa verib, özü də Azercell modem internetə görə. O nömrə mənim adıma olsa da, modem və nömrəni istifadə etmirəm. Məhkəmə xərcləri və Azercellə olan borca 78,83 manata görə 434 manatlıq biletim yandı. Bu bileti dostlardan aldığım borc sayəsində əldə edə bilmişdim.
3. Əsas məsələ Azercell nömrə və modemi aldığım zaman doldurduğum bankda email və mobil nömrəm olduğu halda, bu barədə mənə nə zəng, nə sms, nə email ilə xəbərdarlıq edib. Nə Azercelldən, nə Nizami Məhkəməsindən, nə Yasamal Rayon polis idarəsindən mənə bu barədə məktub gəlib. İndi kimdi günahkar? Kimi və haranı məhkəməyə verib təzminat davası açım və bilet pulumun ödənilməsini tələb edim? Məktub varsa, onu mənə çatdırmayan 29 saylı poçt şöbəsini, mənə məlumat verməyən və abunə bankı və müştəri ilə bağladığı müqavilədəki məlumatlara baxmayan Azercelli, Nizami Rayon Məhkəməsini, yoxsa axtarışda olduğumu və stop qoyulması barədə məlumatı verməyən Yasamal Rayon Polis İdarəsini?
4. Bir daha əmin oldum ki, bu ölkədən birdəfəlik və ən qısa zamanda dabanına tüpürüb qaçmalıyam.
5. Keçirdiyim stress, əsəb, ağlamaq, mənəvi zərər və vaxt itkisinə görə kimdən təzminat tələb edim.
6. Turizm şirkətinə dərhal məlumat vermişəm. Pulun qaytarılmasını-85%nin geri ödənilməsini tələb etmişəm, iqnor edirlər.
7. Borc aldığım dostlarımın etibarını itirirəm. Bunu kim mənim üçün bərpa edəcək? Mən ən azı yarım il hər ay 100 manat pul kənara atmalıyam ki, gedə bilmədiyim səfərə görə aldığım borcu qaytarım. Özü də 500 manat maaş aldığım və 300 manat kirayədə qaldığım halda. Dostlarım mənə inanıb insan kimi dəstək oldular, onların güvənini itirdiyim üçün intihar həddinə çatmışam. Rəsmən yalan danışmaq, fırıldaçılıq kimi gedir.
8. Stop 14 gündən tez götürülmür. Odur ki, vaxtından öncə, səfərə və ya ezamiyyətə getməmişdən öncə Din saytından məhdudiyyətin olub olmadığını yoxlayın.
9. Çox gərgin və pisəm. Şərh və suallar yazmayın.
10. Ən pis hal isə 4 il anasının üzünə həsrət qalan qızımın göz yaşları və onun güvənini itirməyimdi.
11. İmkan edən kimi vətəndaşlıqdan imtina etməyi düşünürəm.