İtirməyin…

Foto: Maya Quliyeva
Həmişə axtarışda olan insanları bir zaman kimsə itirmiş olduğu üçün onu itirən insanı axtarırlar… Tapanda isə gözlərinin içinə baxıb soruşmaq üçün: «Mən sənin üçün itirilməli insan olduğum üçün məni rahat və asan itirdin?»
Odur ki, itirməyin. Kimisə itirməyin. İtirdiyiniz zaman nə o sizi asanlıqla tapacaq, nə siz onu və ya onun kimi birisini…
Odur ki, itirməyin. İtirməyin ki, sonra peşman olub axtarmayasınız. Axtarış zamanınızı, tapmadığınız zaman ümid və inamınızı əlinizdən alacaq.
Odur ki, itirməyin. İtirməyin ki, itkinin acısını yaşamayasınız. Vaxtında düzgün qərar vermək üçün öz seçim və qərarlarını hakim bilin.
İtirmək asandır. Küsmək asandır. Ayrılmaq asandır. Səbəb və bəhanə tapmaq da. Nəticəsini öncədən dəqiq bildiyiniz və bununla razılaşdığınız seçimləri edin, qərarları verin. Bunu özünüz edin ki, başqa yerdə başqa insanda günah axtarmayasınız.
İtirməyin. İtirməyin ki, itirdiyiniz şəxsi itirdiyinizi anlayanda özünüzü ən ağılsız və axmaq birisi hesab etməyəsiniz.