Dəlidən doğru xəbər

Qəpik kimi insanlar var, hər üzünü görmək üçün onları fırlatmaq lazımdır…

Qəpik kimi insanlar var, geniş cibdə səs salarlar, dar cibdə susarlar…

Qəpik kimi insanlar var, xırdaladıqca, sərf olunarlar, bitəndə, düşünərsən ki, xərcin azdır, zərərə düşməmisən.

Qəpik insanlar var, qəpik — qəpik xərclədikcə, gözə dəyməzlər… Daha xırda olub dəyərdən düşərlər…

Müasir milli ziyalının işi hər məsələyə ya tam bitərəf yanaşmaq, ya tənqid yerinə təhqir etmək, ya da tərif yerinə yaltaqlanmaqdı. Bu cür cəmiyyətdə ziyalı olmaq da bir qəbahətdir…

Kimisini gün vurur, kimisini güllə, kimisini maşın, kimisini eşq, kimisini yaradan…

Mənim üçün ayrılıq, son itki deyil, yeni bir şans, başlanğıc, xilasdır…
Təklik isə hər şeyi özümdə tapmaqdır…
Boş verə-verə hüzur tapmışam…

Əllərim önümdə, bilmirəm neyləyim…
Göyə qaldırıb şükr edim günümə,
Ya düşsün yanıma əlacsızlıqdan…

Bir gün səndən soruşsalar, «necəsən?», demə ki, «pisəm», soruşsalar «hardasan?», demə ki, «dardayam». Bilmək olmaz, bunu səndən kim hansı niyyətlə soruşur?!

Məndən adam olmaz. Özümə xeyrim yoxdur, sizə heç olmaz…

«Yataq dəstləri» yazısını «yataq dostları» oxuyuram. Ya gözlərim korlanıb, ya fikirlərim…

Həyat bumeranqdır…
Mən anamı sevə bilmədim, tərk etdim, getdim… Qızı kimi yoxam…
4 ildən sonra qızım məni sevə bilmədi, tərk etdi, getdi… Qızım kimi yoxdur…
Empatik olmağı həyat təcrübəmdən bilirəm…
Ağıllı yox, müdrik olmağa çalışıram…

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: