Onlardan məşuq çıxmaz…

Bu gün araşdırma, müşahidə, təcrübəyə əsaslanan bir esse yazdım. Mövzu qadınların maarifləndirilməsi və reallıq önündə açılması üçündür.
Önyarğılı olmağı sevmirəm.
Hansı kişilər qadınlar üçün uyğun məşuqdur. Bunu müəyyən etmək üçün uyğun olmayanları təsnifləşdirmək lazımdır.
Uyğun olmayan məşuq tipləri:
— Qadından yaşca çox kiçik olan və gənclər (subay və ya ailəli). Bu cür kişilər seksual və psixoloji, ya da ki, mənəvi, intellektual təcrübə yığmaq, boşluğu doldurmaq üçün özündən yaşca böyük qadınlara meylli olurlar. Uyğun olmaması budur ki, bu cür kişilərin bu cür tərəfdaşları çox olur, onlar yenilikçi və axtarışda olurlar. Bəzən sevişərkən qorunmurlar ki, bu da bir çox xəstəliklərin yayılmasına şərait yaradır. Ehtimal böyükdür ki, subaydırsa, ailə qursun, həmin qadın ərini ələ alsın, məşuqəni ən arxa plana atsın. Həm də subay evlənərsə, evliliyin ilk illərində məşuqəyə vaxt olmur və ya az olur. Eləcə də, bu cür kişilər istəklərinə nail olduqdan sonra məşuqəsi müvəqqəti xarakter daşıyır, maraqsızlaşır və onu daha gənc və ya yenisi ilə əvəzləyir. Ailəlidirsə, gənc kişi ailəsini özündən yaşca böyük qadına görə dağıtma ehtimalı faizi çox aşağıdır. Həm də özündən yaşca böyük qadınların səhhətində müəyyən problemlər yarana, xəstələnə bilər ki, müalicə xərcləri məşuqun üzərinə düşərsə, onlar bundan boyun qaçırda bilərlər.
— Ailəli. Yaşından asılı olmayaraq ailəli kişi məşuq kimi yararsızdır. Belə maçodursa, evdəki xanımı ilə keyf çəksin, onu öyrətsin. Bir də ki, ailəli kişinin məşuqəsi olmaq ikinci qadın olmaq deməkdir, üstəlik vaxtaşırı yalan və xəyanətlə üzləşməkdir. Bir də ki, qadın ailə qurarsa, istəməz ki, onun həyat yoldaşı başqa qadınla kef çəksin. Özünü ailəli kişinin qadınının yerinə qoymaq lazımdır. Ailəli kişinin gəliri nə qədər uyğun olsa da, ailə xərcləri çox olur. Ailəli kişilərin diqqət və vaxt problemi olur.
— Boşanmış, ya da ki, dəfələrlə boşanmış. Bu cür kişilər adətən problem içində üzmür, artıq boğulur, üzməyi bacaranlar belə. Onların üzərində aliment, ipoteka və digər istehlak kreditləri olur. Onlar həm də psixoloji problemləri ilə qadını yükləyir. Həyatdan və insanlardan narazı, şikayətçi, neqativ insana çevrilir ki, bu da yorucudur. Həftəsonu məşuqəsinə vaxt ayırmaq yerinə, övladına vaxt ayırır.
— İşsiz. Bu tip kişilərdən uzaq olmaq lazımdır. Ələxsus da, əgər qadın işləyir, tək yaşayırsa, bu cür kişilərin arzusunda olduğu qadın kimi qurbanına çevrilir. İşləməyim, xərc çəkməyim, havayı qalmağa, yeməyə, yatmağa, evdarlıq işini görəcək, yerimə işləyib məni saxlayacaq bir qadın var. Hələ bu cür kişi hər mənada qadından istifadə edir. Beləcə tələyə düşmüş qadınlar kişiləri alfonsa çevirir.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: