• Günəş batanda, çıxır, tutulanda açılır… Hər qaranlıqda bir aydınlıq var…
  • Bunu mənə niyə deyirsən? Bu sadəcə sözlərdir. Bir də ki, bu təbii hadisədir, nisbidir. Elə bir gün gələcək ki, günəş birdəfəlik batacaq. Ya da hansısa canlı günəşin çıxması və batmasını seyr edə bilməyəcək, onun üçün bu proses dayanacaq.

  • Günəşin batmasını ölüm kimi qəbul et, ya da yorulmuş insanın, günəşin yuxuya getməsi kimi hesab et. Hər kəs yorulur, yuxuya, dincəlməyə ehtiyac duyur. Bax, Günəş də batır ki, dincəlsin. Günəşin çıxmasını isə doğuluş, həyat kimi qəbul et. İnsan da doğulur, çıxır. Bax, dostum, həyatındakı uğursuzluq, ağrılar, kədər, neqativ nə varsa, bitir ki, bitməlidir ki, günəş kimi batmalı və qaranlığa qərq olmalıdır ki, yerini pozitiv, uğur, sevinc alsın, günəş çıxsın. Ona görə də nə olursa, ya da olmursa, nə bitirsə, ya da bitmirsə, üzülmə. Bu batmağın bir çıxmağı var.

  • Bax, sənin susmağın və ya yazacağın üç nöqtə də səni düşünməyə vaxt istədiyinə bir işarədir. Düşün. Düşündükcə, haqlı olduğumu anlayacaqsan.

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: