Elə yadlaşarsan ki,

Elə yadlaşarsan ki, bir vaxt doğma olanların ruhu da inciməz…
Elə yadlaşarsan ki, bir vaxt saatlarla danışıb, dinləməkdən doymadığın insanlardan uzaqlaşarsan, ortaq mövzu tapmazsan…
Elə yadlaşarsan ki, gözün axtarmaz onu hər yerdə, hər insanın simasında onun cizgilərindən birisini tapmazsan…
Elə yadlaşarsan ki, səsi səni həyəcanlandırmaz əvvəlki kimi, ürəyin səksəkədə olmaz…
Elə yadlaşarsan, səni axtarmasını gözləməzsən…
Elə yadlaşarsan ki, bəlkə də sevdiyin halda, sevdiyini danarsan…
Elə yadlaşarsan ki, onun azadlığına və özəlinə müdaxilə etməmək üçün ondan uzaqda onu sevərsən…
Elə yadlaşarsan ki, özünü belə dəyişərsən, tanınmaz hala salarsan, kimisi deyər, «gözəlləşmisən», kimisi deyər, «dəyişmisən, deyəsən xoşbəxtsən», amma bilməzlər ki, sadəcə ona, sevginə və özünə yadlaşmısan…
Elə yadlaşarsan ki, ətrafında olanlara qarşı bivec olarsan…
Elə yadlaşarsan ki, təkliyinin adına hüzur, cavabsız sevginə azadlıq, sükunətinə xoşbəxtlik adını verərsən…
Elə yadlaşarsan ki, unudarsan, bir vaxt doğma olduğun insanla doğma olduğunu… Sənə o adamı doğma edən səbəbləri unudarsan…
Elə yadlaşarsan ki, niyə yadlaşdığınızı anlamazsan… Keçmişə getməyi vaxt itkisi hesab edər, bu günü yola verməyi, gələcəklə birtəhər anlaşmağı, uzlaşmağı düşünərsən…
Elə yadlaşarsan ki, yadlıq özü çaşbaş qalar… Yadlaşma hara qədərdi? Ölənə qədər…
Elə yadlaşarsan ki, son nöqtən, dayanacağın «nə ölə, nə də yaşaya bildiyin həyatının son addımı olar səninlə birgə atdığı».
Bura qədərmiş yadlaşmağım… Bura qədərmiş doğmalardan uzaqlaşmaq…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: