Səsin səssizliyi…

Onun bir silahı vardı-səsi. Silahı həm onun müdafiə zirehi, həm hücum aləti, həm də zəifliyi idi.

Səsi ilə nələr edirdi? Təqlid edib özünü başqa adam kimi təqdim etmək, rola girmək, gah qalınlaşdırmaq, gah incələtmək, gah ucaya qaldırmaq, gah da endirmək. Səsi onun xarakterini, kimliyini ortaya qoyurdu. Səs onun emosional durumu, hisslərini, düşüncələrini üzə çıxardırdı.

Səsindən pul çıxarırdı. Səsiylə insanları idarə edirdi. Ona xəstələnmək və səsini batırmaq lazım deyildi, ondansa ölərdi. Səsi onun çörək ağacı idi. Günün birinci yarısı radio və televiziyada aparıcılıq edir, boş vaxtında xarici dildə olan film və cizgi filmlərinin tərcümə edilmiş mətnini oxuyub səsləndirərdi. Arada səsiylə şən və hazırcavabların komandasında oynayar, əyləncədir. Axşamlar sifarişdən sifarişə toy və ad günlərində tamadalıq edərdi. Pulu artdıqca, daha çox qazandıqca, daha da həris olurdu. Ona görə də indi xəstəxanada uzanıb günlərini itirməkdən bezmişdi. Sağalmaq onun əlində deyildi. Səsini birdəfəlik batırmışdılar. Səbəbini özü bilirdi. Uğursuz bir zarafat onun səsini özünə düşmən etmişdi. İndi onun bir qorxusu vardı, batmış səsindəki səssizliyi.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: