Əllərim

Əllərim, bir zaman toxunurdu sənə, indi qalıb ya havada, ya da yanıma düşür…

Əllərim, bir zaman döyərdi qapını, indi çoxdandır ayaqlarım sənin tərəfə…

Əllərim bir zaman yığardı nömrəni telefonumda, yazardı ismarıc, indi sözlərim çoxdur sənə, amma susuram, yazmağa, zəng etməyə səbəb çox ikən, bəhanə axtaran biriyəm…

Əllərim, bir zaman tutardı əllərindən, sığal çəkərdi saçlarına, indi əllərimdən tutur bəlkə də başqaları, səndən başqa, sığal çəkməyə məhkum qalıb başqasının saçına…

Əllərim, məni azad etmişdi sevənədək, sevdiyim zaman saldı əsarətə, indi azad ikən tənhalığımın əsarətində əllərim, özümü qucaqlayır, toxunur özümə…

Əllərim, imdad dilərdi sevgidən, indi kül ələyir öz başıma…

Əllərim, neyləyim sizi mən?

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: