Puritanlar və moralistlər haqda esse

Qondarma və ikiüzlü puritan və moralist insanların cəmiyyətində yaşamaq dözülməz dərəcədə ağırdı.

Çünki onlar əxlaq və mənəviyyatdakı mühafizəkar baxışları, həyat tərzini özlərindən savayı hamıya şamil edirlər, hamıdan tələb edirlər.

Ən əsası onlar özlərindən savayı kiminsə həyatını rəngli görmək istəmir, onu qara rəngə boyayırlar.

Onlar özlərindən savayı hamıda günah, nöqsan axtarıb tapır, başqalarını özünə uyğunlaşdırmağa çalışırlar.

Onların silahı öldürücü gücə malikdir. Onların silahı sözdür. Sözə güc verən isə həmişə təsir edən, sıradan biri olan populist çıxış və klişelərdir.

Onların dünyasından olmayan işıqlı insanları təhqir edəcək, onlar söydürəcək səviyyəsiz trolları var.

Ən pisi odur ki, onların sayı çoxdur.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: