Sevgi və xoşbəxtlik haqqında esse

Bu an o qədər xoşbəxtəm ki, etiraf etməyə, paylaşmağa ehtiyat edirəm.

Bilirəm ki, xoşbəxtlik də nisbidir, zamanla məhdudlaşır, başladığı kimi bitir…

Bu an sadəcə o xoşbəxtliyi yaşayıram.

Bu gün üçün nə qədər səbr, zaman, əmək, əsəb, sərf, xarakterimdə ciddi ixtisarlı islahatlar, depressiyalardan kəskin dönüşlər, dibə düşüb yenidən quyudan pillə-pillə qalxmaları etdim.

İnsan sevdikcə sevgini yaradır. Sevgi var, insanın özündə başlayır, bitir.

Sevgi insanın özünə münasibətidir.

Tam təklik hüzur verirsə, azadlıq əsarətdə saxlamırsa, insan sevgini yaradır, sevgi xoşbəxtliyi doğur.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: