Şəxsi münasibətlərdə risklərin idarə edilməsi

Münasibətlərdə risklərimi necə idarə edir, əsəblərimi qoruyuram?
1. Sosial şəbəkələrdə fəallığımı azaldır ki, yeni tanışlıq və dostluq təklifi, inboxa döşəyən «usta»lar olmasın.
2. Sosial şəbəkələrin bir çoxunda profillərimi birdəfəlik silirəm. Silmədiyim profildə onu bloka atıram.
3. Onun yanında telefona girmirəm, interneti bağlayıram. Səssizə qoymaq şübhə yaradır deyə, səsini almıram.
4. Onun yanında sosial şəbəkə və əks cinsin nümayəndələrinin adını minimuma endirirəm.
5. Bütün şübhəli, qeyri-adi, saxta, şübhəli profilləri, abunəçiləri dərhal bloklayıram.
6. Ağır və ciddi statuslar paylaşıb işarə edirəm ki, «sapioseksual» homosapiensəm, vaxtını mənə sərf etmə, şansın yoxdur.
7. Ortaq dost və tanışları sosial şəbəkədəki profilimdə izləmədən çıxardır, onların paylaşımlarına münasibət bildirmirəm.
8. Sosial şəbəkədə mövcud bütün proqramlarda offline edirəm.
9. Zəhrimar obrazına girirəm.
10. «Qara məni basmamış mən qaranı basım» prinsipi ilə olacaq risk və hadisələri erkən xəbərdarlıq sisteminə əsasən məlumat verib qarşısını alıram

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: