Deyirlər… 01/06/04

Deyirlər, uzundur sevginin ömrü

Əzizdir onunla yaşanan hər gün

Deyirlər, çatmayır bir insan ömrü

Acizdir bir insan tale önündə!

 

Deyirlər, sevərkən əzab çəkməyən

Sevginin  bəlkə də qədrini bilməz

Deyirlər, həyatda heç səhv etməyən

Səhvin qüdrətini yəqin ki, bilməz!

 

Deyirlər, sevərkən sevilmir insan,

Deyirlər, gülərkən güldürmür insan

Deyirlər, göz yaşı sən axıtmasan

Bir insan ömrünü anlamayarsan!

 

Deyirlər, səmimi olmaq gərəkdir

Deyirlər, qəzəbi boğmaq çətindir

Deyirlər, yalanın qurbanı olmaq

Ümidi yenidən üzmək deməkdir!

 

Deyirlər, vaxt ötür, heç dayanmayır

Deyirlər, talelər hey təkrarlanır

Deyirlər, yaşamaq istəyir hər kəs

Amma ki, bu arzu gerçək olmayır!

 

Deyirlər, bu həyat sadə qurulsa,

Çətinlik önündə aciz olarıq

Deyirlər, işlərin asan baş tutsa,

Zəhmətin dadına baxmaz olarıq!

 

Deyirlər, problemsiz yaşamaq olmur

Deyirlər, göz yaşı axıtmaq gərək

Deyirlər, həvəssiz iş görmək olur

Amma ki, çətindir xeyrini görmək!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: