Kölgə 03/07/06

Sən kimsən, ey kölgə? Niyə dinmirsən?

Izləmə sən məni, güdmə sən məni!

İzimi itirmə, dalımca gəlmə,

Yolumda sən böyük kölgə olmusan!

Bu gün sabahımı dünən eləmə!

Gələcək keçmişə gedəsi deyil!

Sən inam deyilsən, ani şübhəsən!

Daimi deyilsən, müvəqqətisən!

Sevgimi yaşama, səni qovuram!

Bil, sevgi qədrini bilən deyilsən!

Sus, kölgə, necə ki, əvvəl susurdun!

Unutma, sən mənə lazım deyilsən!

Kölgəsən, qaranlıq sükut içində

Bir işıq düşəndə yaşadılırsan!

Mən səndən uzağam, sən mənə yadsan!

Doğmatək, qohumtək mənə olmazsan!

Bir vaxtlar qəlbimi sən sındırmısan!

Səni mən özümə yaxın bilmərəm!

Nə dərd ortağım, nə də ki dostsan!

Nə tanış, nə də ki, yarım olmusan!

Nə dayaq olmusan, kömək etmisən!

Nə də ki, təsəlli vermisən bir vaxt!

Ağlarkən göz yaşı silən sən idin?

Dərdimlə baş – başa qaldım, bilmədin!

Yanımda olmadın, kölgə, unutma!

Mən nə tez üzüldüm, küsdüm dünyadan!

Günahkar özüməm, təkcə özüməm!

Axı mən təbii oldum hər zaman!!!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: