Mübarək 03/04/2004

Hər kəsin hər saniyəsi, dəqiqəsi, saatı, günü mübarək ola bilər. Amma bu həftələri, ayları və illəri nadir hallarda əhatə edir. “MÜBARƏK!” sözünün ömrü də onun hansı məqsədlə istifadə edilməsindən çox asılı olduğundan ən uzun ömrü adətən 1 gün olur.“MÜBARƏK”  adını daşıyaraq “MÜBARƏK”  adları ilə yaşayan insanlar da görəsən bir günlük “MÜBARƏK”sözünün sahibinə çevrilirlər? Yoxsa, qismət onların payını öncədən ayırıb? Bu adı daşıyanları digərlərindən fərqləndirərək daha xoşbəxt edib ki, adlarına layiq olsunlar?

Varlı olanda bu sözü qulağın çox eşidir,  dilin isə tez-tez istifadə edir. Sadəcə olaraq bu sözə — “dir!”- hissəciyini artıraraq xüsusi intonasiya və nida işarəsi ilə onu tamamlayırlar. Sonra isə bəziləri bunu yalançı təbəssümlə, kinayəli sevinclə deyir.

Aztəminatlı şəxslər bu sözün qiymətini çox yaxşı bildiklərindən onu xüsusi əda ilə vurğulayırlar ki, “MÜBARƏK” onlardan inciməsin, onları uzun müddətə tərk etməsin, unutmasın!

Dillərinə yad gəlməyən varlılar “MÜBARƏK”i, onun mübarək varlığını çox sadələşdirib ucuz satsalar da, “MÜBARƏK” nədənsə onlardan nə inciyir, nə də onlara qəzəblənir, naz edir. Əksinə, daha da möhkəm tellərlə bu varlıqlara bağlanır.

Bəziləri “MÜBARƏK”in “MÜBARƏK” varlığını sadə qəbul etsələr də, onu müqəddəs və az işlənən sözlərin siyahısına salan varlı olmayan şəxslər də tapılır. Onlar “MÜBARƏK” varlığı yüksək dəyərləndirdikləri, onu satmadıqları üçün bu söz onlardan inciməyə və çox qısa olmayacaq bir müddətə üz döndərməyə də necəsə vaxt tapır. Onlara yuxarıdan aşağıya baxır, onları nəinki saymır, həm də onları qar kimi ayaqları altında tapdalayır. Amma o, bununla qisasını alır. Varlılar tərəfindən o tapdalanır. Onun isə varlılara gücü çatmadığından özündən pilləcə aşağıda duranlara, çarəsizlərə üzünü tutur və onlardan tapdalanmış qürüruna görə qisasını alır, hirsini beləcə haqsız yolla soyudur. Onları tapdalamaqla, onların nə qədər zavallı bəndə, nə qədər məsum varlıq olduqlarını həqiqətin simasında bütün çılpaqlığı ilə onların üzlərinə vurur. Bununla da, həm o, həm də ki, ona bu həyatı bəxş edən qismətdə bir daha yanılmış, bir daha yanmış, qələbə donu altında isə məğlubiyyət bir daha sevinmiş olur.

Onun dünyaya gətirdiyi, həyat bəxş etdiyi kiçik “MÜBARƏK”lər öz səhvlərini dərk edə-edə və etməyə-etməyə yeni səhvlərə həyat verir, köhnə səhvlərin əhatə dairəsini genişləndirir. Onu səhvi ilə bərabər daha da nəzərəçarpacaq dərəcədə dözülməz edir. “MÜBARƏK”in bir daha yanılmaması və yanmaması üçün həqiqətə göz yummaq, insanların varlı və varlı olmayanlar arasındakı fərqi qəbul edib bu fərqi aradan qaldırmaq və mənəvi zənginliyi əsl var-dövlət hesab etmək gərəkdir.

Bir daha yanılmayın ki, sizin bu səhvinizin ucbatından şirin yuxularınızdan və xəyallarınızdan, arzularınızdan məhrum olmayasınız və həyatınızı təhlükə altına atmayasınız, bir daha “MÜBARƏK”lə üzbəüz gələsiniz.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: