Qadınlar… 22/11/2009

Qadın zəifdir deyən,

Bilin yanılmış olur,

Qadın dili şirindir,

Hər cür baldan, şəkərdən

Əgər qadın istəsə,

sözü kəsərli olar,

Hər cür qılınc, qələmdən

Qadın sözü yaradır,

Qadın sözü dağıdır

Onda belədirsə bəs,

Qadın susmasın nədən?

Peşəkarı susdurmaq olmayıbdı amalım

Böyük məna tapıram yazılan hər misradan

Mən qayıtdım bu meydana, söyləməyə öz sözümü,

Nə paxıllıq, nə rəqabət, qorxuda bilməz gözümü

Gözüm qorxmur, görür xoşbəxt həyatı

Qulaq qorxmur, xoş sözləri eşidir

Dilim qorxmur, mən dilimdən qorxuram

Sərt sözlərlə qəlbimdəki gözəl hissi. Ağlımdakı gözəl fikri, ömrümdəki gözəl günü hürkütməyə səbəb olar.

Sözünmü tükəndi, matmı qalmısan?

Yoxsa, söz tapmağa vaxt mı tapmırsan?

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: