Sənsən!!! 16/05/2006

İlk dəfə əlimə qələmi alıb qəlbimdəkiləri boşaltmağa hələ uşaqkən başlamışdım. Elə o vaxtdan fikirlərim çox idi, hər zaman nə isə barədə düşünürdüm, ilk öncə yazdıqlarımı başqalarına göstərmirdim, utanmırdım, sadəcə o vaxtdan tərif eşitməyə alışmışdım, özümü bu sahədə təzə sınadığım üçün ilk tənqidi eşitməyə hazır deyildim. Hər zaman tərif hesabına yüksəldiyimi, tənqid hesabına isə alçaldığımı düşünürdüm, başqalarının istəyini yerinə yetirməyib azadlığa can atdım, böyüdüm, tərifə vurğun bir qız məndə hələ də yaşayırdı, lakin həyatımda baş verən hər bir hadisə mənim həssas təbiətimə təsirlər göstərdi, can atdığım azadlıq mənə bəzən kömək etdi, tərif eşitdim, amma elə bir gün gəldi ki, mən bu azadlığıma – baxışlarıma görə gözlədiyim tərifi eşitmək əvəzinə tənqid eşitdim, qorxduğum, özümü o günə qədər qoruduğum tənqidi…İlk tənqidə pis yanaşdım, mübarizə aparıb haqlı olduğumu sübut etməyə çalışdım, bacarmadım, çünki cəmiyyət mənim əleyhimə idi….

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: